Sinxron Optik Şəbəkə (ing. Synchronous Optical Networking; SONET) və ya Sinxron Rəqəmsal İyerarxiya (ing. Synchronous Digital Hierarchy; SDH) — lazerlər və ya işıqlı diodlardan (LED) yüksək uyğunluğa malik işıqdan istifadə edərək çoxsaylı rəqəmsal bit axınını sinxron şəkildə fiber-optik üzərində ötürən standartlaşdırılmış protokollar. Aşağı ötürmə sürətlərində məlumatlar elektrik interfeysi vasitəsilə də ötürülə bilər. Metod sinxronizasiya problemi olmadan eyni lif üzərindən böyük miqdarda telefon zəngləri və məlumat trafikinin daşınması üçün plezioxron rəqəmsal iyerarxiya (PDH) sistemini əvəz etmək üçün hazırlanmışdır.
Mahiyyətcə eyni olan SONET və SDH əvvəlcə müxtəlif mənbələrdən kommutasiya rejimli rabitələri (məsələn, DS1, DS3) nəql etmək üçün nəzərdə tutulmuşdu, lakin onlar ilk növbədə real vaxt rejimində, sıxılmamış, kommutasiya kanallarıyla PCM formatında kodlanmış səsi dəstəkləmək üçün nəzərdə tutulmuşdur. SONET/SDH-dən əvvəl bunu icra etməkdə əsas çətinlik müxtəlif sxemlərin sinxronizasiya mənbələrinin fərqli olması idi. Bu o deməkdir ki, hər bir kommutasiya əslində bir az fərqli sürətlə və fərqli faza ilə işləyirdi. SONET/SDH bir çərçivə protokolu daxilində fərqli mənşəli çoxlu müxtəlif sxemlərin eyni vaxtda daşınmasına icazə vermişdi. SONET/SDH özlüyündə tam rabitə protokolu yox, nəqliyyat protokoludur (OSI Modeli mənasında "nəqliyya" deyil).
SONET/SDH-nin əsas protokol neytrallığına və nəqliyyat yönümlü xüsusiyyətlərinə görə SONET/SDH hüceyrələr kimi tanınan sabit uzunluqlu Asinxron Transfer Rejimi (ATM) çərçivələrinin daşınması üçün açıq seçim olmuşdu. O tez bir zamanda ATM əlaqələrini daşımaq üçün xəritəçəkmə strukturlarını və birləşdirilmiş faydalı yük konteynerlərini inkişaf etdirmişdi. Başqa sözlə ATM (və nəticədə Ethernet kimi digər protokollar) üçün əvvəllər dövrə yönümlü əlaqələri nəql etmək üçün istifadə edilən daxili mürəkkəb struktur çıxarılmışdı və ATM hüceyrələrinin daxil olduğu böyük və birləşdirilmiş çərçivə (STS-3c kimi) ilə əvəz olunmuşdu. IP paketləri və ya Ethernet çərçivələri yerləşdirilir.
SONET/SDH böyükmiqyaslı müştərilər üçün internet provayderləri tərəfindən istifadə olunurdu və artıq özəl sxemlərin təchizatında rəqabətə davamlı deyil. İnkişaf 2010-cu illərdən bəri durğunluq yaşadı və həm avadanlıq təchizatçıları, həm də SONET/SDH şəbəkələrinin operatorları OTN və geniş Ethernet kimi digər texnologiyalara miqrasiya etdilər. "British Telecom" 2020-ci ilin martında BT SDH-nin son genişmiqyaslı istifadəsi olan "KiloStream" və "Mega Stream" məhsullarını bağlamışdı. Onlar BT SDH-dən geniş miqyasda istifadə edən son layihələr idi. BT, həmçinin SDH şəbəkəsinə yeni bağlantıları dayandırmışdı ki, bu da xidmətlərin tezliklə dayandırılacağını göstərir.[1][2][3]