Siqne Baumane

Siqne Baumane (latış. Signe Baumane‎; 7 avqust 1964[1]) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir.

Siqne Baumane
Doğum tarixi (59 yaş)
Doğum yeri Autse, Latviya
Vətəndaşlığı Latviya Latviya
Təhsili
Fəaliyyəti yazıçı, rəssam, animasiyaçı, kinorejissor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illər və təhsili

[redaktə | mənbəni redaktə et]

Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.[2]

1989-cu ildə Latviyada Dauka animasiya studiyasında animator kimi işləməyə başlamışdır. Baumane bir sıra animasiya filmlərinin, reklam çarxlarının, yerli televiziya verilişlərinin yaradılmasında iştirak etmişdir. 1991-ci ildə o, "Cadugər və inək" adlı birinci animasiya filmini buraxmışdır. Bu filmdə Baumane ssenarist, rejissor, səhnə dekoratoru və animator kimi çalışmışdır.

Moskvada uşaq kitablarının illüstratoru kimi iki il işlədikdən sonra, o 1993-cü ildə Riqada multiplikasiyaya, illüstrasiyaya və səhnə qrafikasına qayıtdı. Baumane 1995-ci ilin sentyabrında Nyu-Yorka köçdü. Amerikalı animator Bil Plimpton ilə əməkdaşlıq etməyə başladı.

1998-ci ildə Siqne bir neçə film yaradaraq müstəqil animator kimi öz işini yenilədi. Onlardan ikisi — "Qadın" və "Baytar" Latviyaya səfəri zamanı göstərilmişdir. Qalanları Nyu-Yorkda nümayiş olunmuşdur.[3][4]

Siqne Baumane bir sıra müstəqil animasiya proqramlarının təşəbbüskarı olmuş və onlara nəzarət etmişdir. Baumane Patrik Smitlə və Bil Plimpton ilə birlikdə Square Footage Films şirkətini yaratmışdır. Müstəqil Nyu-York animator qrupları işlərini müstəqil çıxarır və öz işlərini DVD-diskləri vasitəsilə yayırlar.[5]

Multiplikasiyadan başqa Baumane bir sıra şəkillərin və heykəllərin müəllifidir.[6] O, həmçinin uşaq kitablarının illüstratorudur.

Onun animasiya filmləri Ansi, Berlin, Ottava, Venesiya, "Traybeka" və "Sandens" kino festivallarında nümayiş olunmuşdur. Onun işlərindən bir çoxu mükafatlara layiq görülmüşdür.

2014-cü ildə Baumane tammetrajlı avtobioqrafik animasiya filmi olan "mənim ciblərimdəki daşlar" filmini buraxmışdır. Film onun ailəsindəki qadınlardan üçünü təqib edən depressiyadan bəhs edir. "Mənim ciblərimdəki daşlar" filmi 87-ci Oskar mükafatlarının təqdimat mərasimində "xarici dildə ən yaxşı film" nominasiyasında Latviya tərəfindən irəli sürülsə də, Baumane nominantların sırasına düşə bilməmişdir.[7]

  1. Signe Baumane // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. "Сигне Баумане: «Никто не верит пророкам в своей стране»". Голос Америки. 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  3. "Signe Baumane web site, biography". 2010-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  4. Chris Robinson: Unsung Heroes of Animation, pp. 200–206
  5. "Square Footage Films web site accessed on February 5, 2010". October 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2017.
  6. Signe Baumane Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, section of online art gallery accessed February 2, 2010
  7. Holdsworth, Nick. "Oscars: Latvia Nominates 'Rocks in My Pockets' in Foreign-Language Category". The Holywood Reporter. 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.