Sirius (şəhər tipli qəsəbə)

SiriusRusiyanın Krasnodar diyarında şəhər tipli qəsəbə. Rusiyanın eyni adlı federal ərazisi (naukograd). İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur[1][2][3]. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe idi.[4][5]

Sirius
rus. Сириус
Gerb
Gerb
43°24′ şm. e. 39°57′ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Federal rayon Sirius federal rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 2020
Sahəsi 14.19 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 13 424 nəfər
Digər
ft-sirius.ru
Sirius xəritədə
Sirius
Sirius
Sirius xəritədə
Sirius
Sirius

Yeni qəsəbə İmeretin ovalığında, Qara dəniz sahilində, MzımtaPsou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir: Soçi Imeretin limanı, istedadlı uşaqlar üçün "Sirius" təhsil mərkəzi[6]. Sirius şəhər dairəsinin sərhədləri Mzımta çayının şimal-qərbində, şimalda və şimal-şərqdə — A-147 "Cubqa — Soçi — Abxaziya ilə sərhəd" magistral yolu boyunca uzanır.[7]

Sirius ərazisi Tuapsedən cənubdakı Rusiyanın Qara dəniz sahilləri kimi, rütubətli subtropiklər zonasına daxildir (Köppen iqlim təsnifatına görə Cfa).[8] Bu bölgə quru aralıq dənizi iqliminin hökm sürdüyü Anapadan, Gelenjikdən əhəmiyyətli dərəcədə fərqləndirir.

2021-ci ilin məlumatında əsasən şəhər tipli qəsəbənin əhalisi 13 424 nəfrdir. 2020-ci ildə əhalinin sayı 12 500 nəfər olmuşdur.[9]

Şəhər tipli Sirius qəsəbəsinin yaradılması haqqında ilk qeyd 30 may 2019-cu ilə təsadüf edir.[10] Bildirilib ki, belə bir təşəbbüslə İmereti ovalığının sakinləri çıxış ediblər və onların təşəbbüsü şəhər məclisinin deputatları tərəfindən dəstəklənib. 27 sentyabr 2019-cu ildə Krasnodar diyarının qubernatoru Soçi kurort şəhərinin tərkibində şəhər tipli Sirius qəsəbəsinin yaradılması ilə bağlı İmeretinskaya ovalığının sakinləri arasında sorğunun təyin edilməsi haqqında fərman imzalayıb[11].[12]2019-cu ilin noyabrında şəhər tipli Sirius qəsəbəsinin yaradılması üçün sənədlər Rosreestr-ə göndərildi.[13]

  1. "Закон Краснодарского края от 03.04.2020 № 4268-КЗ «Об установлении границ муниципального образования городской округ Сириус Краснодарского края и о наделении его статусом городского округа»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  2. "Закон Краснодарского края от 03.04.2020 № 4267-КЗ «О преобразовании муниципального образования город-курорт Сочи»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  3. "Закон Краснодарского края от 03.04.2020 № 4268-КЗ «Об установлении границ муниципального образования городской округ город-курорт Сочи Краснодарского края и о наделении его статусом городского округа»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  4. Реестр наименований географических объектов на территорию Краснодарского края по состоянию на 23.06.2020 Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine // Государственный каталог географических названий (Росреестр)
  5. "О принятии Устава муниципального образования городской округ город-курорт Сочи" (PDF). 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  6. "образовательный центр "Сириус"". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  7. Губернатор Кубани подписал закон о выделении из Сочи городского округа Сириус Arxivləşdirilib 2020-04-10 at the Wayback Machine Коммерсантъ 07.04.2020
  8. ""World Map of Köppen—Geiger Climate Classification"" (PDF). 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  9. "Сочинский округ Колумбия: почему центр "Сириус" стал федеральной территорией". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  10. "Имеретинской низменности в Сочи хотят присвоить статус поселка". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  11. "Постановление губернатора от 27.09.2019" (PDF). 2021-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
  12. "Создаваемому в Имеретинской низменности Сочи посёлку придумали новое название". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  13. "Документы по созданию в Сочи пгт Сириус направлены в Росреестр". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.