"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi.
Sitarə: Qızlar xəyal edəcək | |
---|---|
ing. Sitara: Let Girls Dream | |
Rejissor | Şərmin Obeyd-Çinoy |
Prodüser | Qloriya Ştaynem |
Ssenari müəllifi | Tom The Hand |
Dil | ingilis dili |
Ölkə | Pakistan |
Distribüsiya | NetflixTom The Hand Productions |
Davametmə müddəti | 15 dəqiqə |
İl | 2020 |
Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir[1].
"Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır.
Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır. Rekord qıran film Pakistanın ilk filmidir ki, Los-Anceles Animasiya Festivalında mükafatlar qazanmışdır.
Gucci #LetGirlsDream kampaniyası ilə əlaqədar olaraq film üçün 2020 Sandens Festivalında xüsusi nümayiş keçirdi.