Siyənəkkimilər (lat. Clupeiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.[3]
Siyənəkkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Siyənəkkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|