Skafandr və kəpənək (film)

Skafandr və kəpənək (fr. Le scaphandre et le papillon) — amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı hekayəsi əsasında çəkilən və ilk nümayişi 23 may 2007-ci ildə baş tutan fransız filmi. Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı.

Skafandr və kəpənək
fr. Le scaphandre et le papillon
Janr bioqrafik film, dram filmi[1][2][…], kitablar əsasında film[d]
Əsas mövzu Jan-Dominik Bobi[3], ünsiyyət[3]
Rejissor Culian Şnabel
Prodüser
  • Ketlin Kennedi[d]
Baş rollarda
Operator Yanuş Kaminski
Montajçı Cülyetta Velflinq[d]
İstehsalçılar Canal+, The Kennedy/Marshall Company[d]
Distribütor Pathé[d], Netflix, Disney+
İlk baxış tarixi 2007, 27 mart 2008[6]
Filmin növü bədii film
Müddət 112 dəq.
Ölkələr Fransa Fransa
ABŞ ABŞ
Dil fransız dili[7][8]
İl 2007
Rəng rəngli
IMDb ID0401383

Film "Elle" jurnalının redaktoru Jan-Dominik Bobinin real həyatından götürülmüşdür. 8 dekabr 1995-ci ildə 42 yaşlı Bobi insult keçirir. Komadan ayılanda heç bir bədən üzvünü hərəkət etdirə bilmdəyinin, həmçinin danışmaq qabiliyyətini itirdiyinin fərqinə varır. Tərpədə bildiyi yeganə organı, sol göz qapağıdır. Bu sayədə asan suallara "hə", "yox" cavablarını verə bilir. Bu, ətraf mühitlə yeganə bağlantısıdır. Ünsiyyət və danışıq terapevti Bobinin daha yaxşı ünsiyyət qura bilməsi üçün, hərfləri fransız dilindəki işlənmə tezliyinə görə sıralayır (E, L, A, O, I, N, S, D və s.) və yüksək səslə oxyur. Düzgün hərflər gələndə Bobi göz qırpmalı idi. Bu üsulu istifadə edərək Bobi filmlə eynı addakı kitabı yazır. Bu yolla kitabın yazılması üçün Bobinin təxminən 200 min dəfə göz qırpdığı təxmin edilir. Bir sözün yazılma vaxtı 2 dəqiqə olub. Kitab 1997-ci ildə işıq üzü görüb və ilk həftədə 150 min nüsxəsi satılıb. Bobi kitabın işıq üzü görməsindən iki gün sonra dünyasını dəyişir.

Filmin adı Bobinin öz bədənində həbs olmasını və azadlıq cəhdlərini simvolizə edir. Bobi yuxularında özünü bədənini simvolizə edən bu geyimin içində görür. Hərəkət edə bilmir və skafandr ilə birlikdə dərinliklərə batır. Bağırır, çırpınır, ancaq heç kim səsini eşitmir, eşidə bilməz. Kəpənək isə azadlığın, bədəni cüzi də olsa tərpənməyən bir insanın içində yaşamağa davam edən insanlığın simvoludur. Kitabı yazmaq üçün göz qırpması, kəpənəyin uçmaq üçün qanadlarını çırpmasına bənzəyir.

  • Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı.
  • 2007-ci ildə "Ən yaxşı əcnəbi film" nominasiyasında ABŞ kino tənqidçiləri Milli Şurasının mükafatı.
  • Əcnəbi dildə ən yaxşı film üçün "Qızıl qlobus" mükafatı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://www.vertigofilms.es/catalogo-peliculas/la-escafandra-y-la-mariposa.html.
  2. 1 2 3 4 https://www.filmaffinity.com/en/film632121.html.
  3. 1 2 Cakarel E. MUBI (ing.). 2007.
  4. 1 2 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=119032.html.
  5. http://www.imdb.com/title/tt0401383/fullcredits.
  6. http://www.kinokalender.com/film6440_schmetterling-und-taucherglocke.html.
  7. The American Film Institute Catalog of Motion Pictures.
  8. Unifrance. 1949.