Skott-Kelti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır.
Skott-Kelti adası | |
---|---|
rus. Остров Скотт-Келти | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 64 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
80°20′26″ şm. e. 52°23′36″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır. Şərqində 1, qərbində isə 2 kiçik gölə sahibdir.
Skott-Kelti adası Quker adası ilə birlikdə 1879-ci ildə qütb araşdırmaçıdı De Bryuynenin ekspedisiyası tərəfindən «Villim Barens» gəmisində kəşf edilir. Gəminin komandası Barens dənizində hidroloji işlər aparır. Ada şotland əsilli coğrafiyaçı Con Skott Keltinin şərəfinə adlandırılmışdır.