Skull and Bones

Loqosu

Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir.

Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir.

Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər. Gizli cəmiyyət olması səbəbindən Kəllə və Sümüklərin İllüminatlarMasonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndikləri ehtimal edilir. Həttə bəzi iddialara görə Kəllə və Sümüklər əsasən Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətin ABŞ qanadını təşkil edir. Ancaq bu iddianın doğru olması fikri zəifdir, belə ki, İllümunatlardan fərqli olaraq Kəllə və Sümüklər tələbə təşkilatıdır. Kəllə və Sümüklərin bu gündə fəaliyyət göstərdiyi və Yel Universitetində böyük nüfuza sahib olduğu məlumdur. ABŞ prezidentlərindən olan Corc Buş və hal-hazırkı dövlət katibi Con Kerri tələbəlik illərində Kəllə və Sümüklər təşkilatının üzvlərindən olublar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]