"Buldozer inqilabı" (serb. Булдожер револуција) — Yuqoslaviya Federativ Respublikasında 2000-ci ildə baş verən və Slobodan Miloseviçin prezident vəzifəsindən devrilməsi ilə başa çatan hadisələr silsiləsi. İnqilab mətbuatda məşhur olan adını, etirazçıların buldozerlə mərkəzi televiziya binasına basqın etdiyi məşhur epizoda görə almışdır.
Buldozer inqilabı | |
---|---|
Булдожерна револуција | |
Yer | |
Tarix | 5 oktyabr 2000 |
Vikianbarda əlaqəli mediafayllar |
Etirazlar 2000-ci il sentyabrın 24-də Yuqoslaviyada keçirilən növbədənkənar prezident seçkilərindən dərhal sonra başlaydı. Seçki Komissiyası heç bir namizədin minimum səs toplamadığını və ikinci turun keçirilməli olduğunu açıqladı. “Demokratik müxalifət” blokunun liderlərinin sözlərinə görə, onun namizədi Voislav Koştunitsa səslərin yarıdan çoxunu toplayıb. Koştunitsa səsvermə zamanı yol verilən çoxsaylı qanun pozuntularını da açıqlamışdı. Eyni zamanda, Monteneqroda səsvermədə fəallıq minimal olub (lakin Slobodan Miloşeviç səs verənlər arasında çoxluğu qazanıb), Kosovoda isə Slobodan Miloşeviçə səs verən Serb əhalisi arasında çoxluğu qazanıb.
Sentyabrın 28-də Serb Pravoslav Kilsəsinin Yepiskoplar Sinodu Vojislav Koştunitsanın [1] seçilməsini dəstəklədi.
Bütün ölkə boyunca etirazlar başladı. Oktyabrın 5-də yüz minlərlə etirazçı Belqradda toplaşdı. Təhlükəsizlik qüvvələri mitinq iştirakçılarına qarşı xüsusi texnika, daha sonra isə xidməti silahdan istifadə etdi. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar nəticəsində sonuncular Yuqoslaviya parlamentinin binasını ələ keçirdilər, daha sonra Belqrad televiziya mərkəzinə basqın edildi. Məhz son epizodda Lyubisav Cokiç özünə məxsus buldozeri televiziya mərkəzi kompleksinin hasarına vurmaqla fərqləndi. Ona həqiqi güllələrdən atəş açıldı[2]. Paytaxtda yerləşən ordu və polis bölmələrinin komandirləri müxalifət liderləri ilə danışıqlara başladı və onlarla təhlükəsizlik qüvvələrinin Miloşeviçə qarşı olan nümayişçilərin düşmənçilik hərəkətlərinin olmaması müqabilində neytrallığa riayət etməsi barədə razılığa gəliblər. Slobodan Miloşeviç 2000-ci il oktyabrın 6-da axşam istefa verdi.
2000-ci ilin dekabrında parlament seçkiləri keçirildi və bu seçkilərdə də demokratik koalisiya qalib gəldi.
2001-ci il aprelin 1-də Slobodan Miloşeviç vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamı ilə öz iqamətgahında həbs edildi və iyunun 28-də Zoran Cinciçin təşəbbüsü ilə Haaqa tribunalına verildi. Miloşeviç 2006-cı il martın 11-də həbsxanada vəfat etdiyi üçün onun işi üzrə məhkəmə prosesi tamamlanmamış qaldı.
Belqrad hadisələri Gürcüstanda qızılgül inqilabı, Ukraynada narıncı inqilab və s. ilə yanaşı “ rəngli inqilablar ”ın birincisi hesab olunur.