Slovakiya almanları və ya Karpat almanları (alm. Karpatendeutsche, slovak. karpatskí Nemci, mac. kárpátnémetek или Felvidéki németek) — Slovakiya torpaqlarında eləcə də onlara bitişik olan ərailərdə alman dilli azlıqların qrupları üçün verilən ümumi bir ad. Uzun müddət almanlar macarlarla yanaşı Slovakiyada iki ən böyük etnik azlıqdan biri idilər. Beneşin 1945-ci il tarixli fərmanları ilə Çexoslovakiya almanları vətəndaşlıqdan məhrum dildi və onların müharibədən əvvəlki (128 min nəfər) saylarının 85% -i Slovakiyadan Avstriya və Almaniyaya köçürüldü. Qalan 15% -i Slovakiyadan deportasiyaya olunmaqdansa slovakiyalılaşmanı üstün tutdu. Çexiya almanlarından fərqli olaraq Slovakiyadan olanlar XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər güclü şəkildə macarlaşdı. Slovakiyalı almanlar Avstriya-Macarıstanın Macar hissəsində yaşayırdılar. Buna görə də mədəni və linqvistik olaraq Macarıstan almanları və Transvilansiya saksonlarına daha yaxın idilər. Hazırda Slovakiyada 6 mindən çox alman yaşayır. Baxmayaraq ki, macar azlığı hələ də əhəmiyyətlidir və hətta bəzi cənub bələdiyyələrində üstünlük təşkil edirlər.
İlk almanlar Slovakiyanın şərqində xeyli erkən artıq X əsrdən görünməyə başlanılmışdır. Alman bürqerləri Bratislavanın həyatında nəzərə çarpan bir ünsürə çevrildi. Baxmayaraq ki, yaşayış yerinin özülü slavyanlar tərəfindən atılmışdı. XI əsrdə macarların istilasından sonra alman genişlənməsi uzun müddət yavaşladı. Almanlar 1240-cı illərdən sonra (Monqol-Tatar istilasından sonra) macar feodallarının dəvəti ilə yenidən macarların tabeliyində olan Slovakiya torpaqlarını məskunlaşdırmağa başladılar. Bratislavada (almanca adı Pressburq) almanlaşdırma prosesi onun Macarıstanın yeni paytaxtına çevrilənə qədər davam etdi. Buna səbəb 1520-ci illərdə Macarıstan torpaqlarının əksəriyyəti türklər tərəfindən tutulması idi.
Məqsədli almanlaşmanın növbəti dalğası XVII-XVIII əsrlərdə Avstriya imperiyasının aktiv ərazi genişlənməsi baş verəndə təkrarlandı. 1850-ci ildə imperiyada inzibati-ərazi islahatları ərəfəsində, almanlar Pressburg əhalisinin 75% -ni təşkil edirdi. Bu da Slovakiya torpaqlarına nəzarət edən macar zadəganlarının narazılığına səbəb oldu. İkili monarxiyanın qurulmasından sonra bütün Slovakiya Budapeştə tabe oldu. İntensiv macarlaşdırma başladı. Etnik almanlar slovaklardan daha tez buna adapdasiya olunmağa başladılar. Onlar Yeni şərtlər sıralarında sürətlə irəliləmək üçün adlarını macarcaya dəyişdirdilər. Alman vətəndaşları daha çox yüksək inzibati vəzifələrə və maaşlara üstünlük verirdilər. Slovakiya milli hərəkatına şübhəli münasibət də onları macarlara yaxınlaşdırdı. Bundan əlavə adlarının macarlaşması Slovakiyadan fərqli olaraq, imperiyada ikinci rəsmi dil olan alman dilinin tamamilə rədd edilməsi demək deyildi. Avstriya-Macarıstanda Bratislava milli tərkibinin təkamülü bu cərəyanın bariz nümunəsidir.
1944-1945-ci illərdə slovak partizanları Nasist repressiyalarının qisasını alaraq bölgədəki alman əhalisinə qarşı qırğınlar etdilər. Bunların arasında ən geniş yayılmış, lakin yeganə olmayan Qlazerxaudakı qırğın idi. 1945-ci ildə Karpat almanlarının bir hissəsi Almaniyaya və ya Avstriyaya qaçmalı olur.
1999-2004-cü illərdə Karpat almanlarından olan Rudolf Şuster Slovakiyanın prezidenti olur.