Sokollu Mehmed Paşa külliyəsi (İstanbul)

Sokollu Mehmed Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I SüleymanII Səlim və III Murad səltənətlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa və xanımı Əsməhan Sultan tərəfindən inşa etdirilən külliyə mədrəsə, darülkurra (Quran oxudulan yer), türbə və çeşmədən ibarətdir. Yaxınlığındakı Əyyubsultan məscidinə hörmət əlaməti olaraq külliyədə məscid tikilməmişdir. Türbə, mədrəsə və çeşmə 1569-cu ildə, darulkurra isə 1579-cu ildə Memar Sənan tərəfindən inşa edilmişdir.

Sokollu Mehmed Paşa külliyəsi
Ölkə
Yerləşir Əyyubsultan
Memar Memar Sinan
Tikilmə tarixi 1569, 1579
Üslubu Osmanlı memarlığı

Külliyənin strukturu

[redaktə | mənbəni redaktə et]

1569-cu ildə inşa edilən mədrəsənin ana giriş qapısı üstündə yerləşdirilən kitabəsində binanın banisi olaraq “Hazret es-Sultan binti Selim Han” ifadəsiylə Əsməhan Sultanın adı qeyd olunmuşdur. Mədrəsənin 2 əsas qapısı var. Bunlardan əsas giriş qapısı mədrəsənin türbəyə baxan cəbhəsi üzərində yerləşən və həyətə açılan qapıdır. Digəri isə mədrəsənin həyətindən dərsxana otağına açılan qapıdır. Kəsmə daşdan tikilən binanın hər iki tərəfi boyunca üstü 3.4 m diametrli qurğuşun günbəzlə örtülən 19 tələbə hücrəsi (otağı), hər bir hücrənin daxilində isə ocaq yerləri və kitab rəfləri yerləşir. Mədrəsə həyətinin ortasında isə dördbucaqlı şəkildə üzəri örtülü bulaq yerləşir.

1918-ci ildə depo olaraq istifadəyə başlanılan mədrəsə binası hal-hazırda davam edən restavrasiya işləri səbəbilə qapalı vəziyyətdədir.

Qurani-kərim oxudulan və öyrədilən darülkurra külliyənin son binası olaraq 1579-cu ildə inşa edilmişdir. Uzun illər uşaq kitabxanası olaraq istifadə olunmuşdur. Kvadrat planlı binanın üzəri tək bir qurğuşun günbəzlə örtülüdür.

1569-cu ildə inşa edilən bu türbə xaricdən səkkizbucaqlı, daxildən isə on altıbucaqlı olaraq dizayn edilmiş, daxili mavi fon üzərinə ağ rəngli xəttat yazıları ilə bəzədilmişdir. Sokollu Mehmed PaşaƏsməhan Sultanın uşaq yaşlarda vəfat edən övladları üçün nəzərdə tutulmuşdur. Uşaq yaşlarında vəfat edən 6 övladıyla yanaşı, 1579-cu ildə sui-qəsdlə öldürülən Sokollu Mehmed Paşa və onun şəcərəsinə mənsub bir çox şəxs bu türbədə dəfn edilmişdir. Türbədə ümumilikdə 19 məzar yeri vardır. Bunlardan adı bilinənlər aşağıdakılardır:

Türbədəki məzarlarla yanaşı türbənin ətrafındakı həyət də zamanla məzarlıq funksiyası daşıdı, hal-hazırda ərazidə bir çox mühüm şəxsin məzarları yerləşir.

Geniş tavan saçaqları ilə fərqlənən çeşmə 1569-cu ildə kəsmə daşdan inşa edilmişdir. Zamanla istifadəyə yararsız hala düşən çeşmənin günümüzə çox az hissəsi gəlib çatmışdır.

  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 23-24;
  • Cahid Baltacı, XV-XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 197-200;
  • Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 130-133;
  • Suphi Saatçi, Mimar Sinan Yapılarındaki Kitabeler, İstanbul 1988, s. 75-80;
  • Yıldız Demiriz, Eyüp’teki Türbeler, Ankara 1989, s. 72-75;
  • Mehmet Nermi Haskan, Eyüp Tarihi, İstanbul 1993, I, 257-260;
  • Affan Egemen, İstanbul’un Çeşme ve Sebilleri, İstanbul 1993, s. 570-571;
  • Engin Özdeniz, İstanbul’daki Kaptan-ı Deryâ Çeşmeleri ve Sebilleri, İstanbul 1995, s. 346-347;
  • Yusuf Alemdar, XV-XVI. Asırlarda İstanbul Dâru’l-kurrâ’ları (yüksek lisans tezi, 1996), AÜ Sosyal Bilimler Enstitüsü, s. 92-97;
  • Nail Bayraktar, “Eyüp Vakıf Kütüphaneleri”, Tarihi, Kültürü ve Sanatıyla Eyüp Sultan Sempozyumu II: Tebliğler, İstanbul 1998, s. 67-68;
  • Hakkı Önkal, “Eyüp Türbeleri”, a.e., s. 74; İsmail Orman, İstanbul’daki XVI. Yüzyıl Türbelerinin Çini Süsleme Programları (yüksek lisans tezi, 1999), İÜ Sosyal Bilimler Enstitüsü, s. 204-210;
  • Gökçen Tuba Temelci, Eyüp Sokullu Mehmet Paşa Medresesi Restorasyon Projesi (yüksek lisans tezi, 1999), İstanbul Teknik Üniversitesi Fen Bilimleri Enstitüsü;
  • Mübahat S. Kütükoğlu, XX. Asra Erişen İstanbul Medreseleri, Ankara 2000, s. 301-303;
  • Zeynep Ahunbay, “Eyüp’teki Osmanlı Eğitim Yapıları ve Korunmalarıyla İlgili Öneriler”, Tarihi, Kültürü ve Sanatıyla Eyüp Sultan Sempozyumu IV: Tebliğler, İstanbul 2000, s. 132-135;
  • Z. Cihan Özsayıner, “Eyüp’te Mimar Sinan Türbelerinin Hat Sanatı Düzenleri”, a.e., s. 337;
  • Erol Gürdal - Ahmet Ersen, “Tarihi Yapılarda Duvar Onarımları ve Tarihsel Otantikliğin Korunması, Eyüp-Sokollu Mehmed Paşa Medresesi Örneği”, Tarihi, Kültürü ve Sanatıyla Eyüp Sultan Sempozyumu V: Tebliğler, İstanbul 2002, s. 126-129;
  • Gülru Necipoğlu, The Age of Sinan: Architectural Culture in the Ottoman Empire, Princeton 2005, s. 333-335.