Sokotra adası (ərəb. سقطرى ) — Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelaqının ən böyük adasıdır. İnzibati cəhətdən isə eyni adlı muxafazeyə daxildir[1][2]. Adanın əsas şəhəri Habeydodur. 2004-ci il məlumatına görə adada 42 442 nəfər yaşayır.
Sokotra adası | |
---|---|
ərəb. سقطرى | |
Ümumi məlumatlar | |
Sahəsi | 3625 km² |
Uzunluğu |
|
Eni | 50 km |
Hündür nöqtəsi | 1505 m |
Əhalisi | 42.442 nəfər (2004-cü il) |
Yerləşməsi | |
12°29′00″ şm. e. 53°52′00″ ş. u.HGYO | |
Ölkə | Yəmən |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Ədən körfəzinin şərq girəcəyində. Afrika buynuzu yarımadasından 250 km şərqdə, Ərəbistan yarımadasından 350 km cənubda yerləşir. Uzunluğu 133 km, eni 42 km, sahəsi 3625 km² təşkil edir[3].
Maksimal hündürlüyü 1505 metrdir.
İqlimi tropik səhra və yarımsəhradır. Yağıntılar əsasən qış aylarında adanın mərkəzi hissəsinə düşür. Mussonlar dönəmində adaya güclü küləklər və hündür dalğalar hakim olur.
1880-ci ildə adaya ilk dəfə İsaak Valfuronun başçılığı ilə Britaniya ekspedisiyası göndərilir. Adada cəmi 48 gün olan ekspedisiya 200-dən çox elmə məlum olmayan bitki aşkarlayır. Bu səbəbdən botanik baxımından ada "Hind okeanının Qalapaqosu" adını qazanır.[4]
Ada endemik flora və faunası ilə zəngindir. Bu səbəbdən ada 2003-cü ildə arxipelaqın digər adaları ilə birlikdə qorunur.
Ada ərazisində yaşayan əhalinin böyük qismini çobanlar, torpaq sahibləri və balıqçılar təşkil edir. Maldarlığın əsasını qoyunçuluq və davarçılıq təşkil edir.