Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Quş quşüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Quş quşüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Avstraliya və Yeni Zellandiyadır.
Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır.
Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir. Küləyin təsirindən əziyyət çəkmir.
Dendrologiya İnstitutuna introduksiya edilmişdir.
Yaşıllaşdırmada tək və ya qrup əkinlərdə istifadə edilir. Yarpaqdan alınan ekstraktlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.