Solmaz Daryani (1989, İran) — Birləşmiş Krallıq və İranda fəaliyyət göstərən, İran azərbaycanlısı olan fotoqraf və viziul incəsənət ustası. Onun işi xüsusilə iqlim təhlükəsizliyi, iqlim dəyişikliyi, su böhranı, Yaxın əv Orta Şərqdə insan şəxsiyyəti və ətraf mühit mövzularını əhatə etməsi ilə fərqlənir. Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür.[1]
Fotoqrafiya və yazıçılıq sahəsində Urmiya gölünün qurudulması məsələsindən çox bəhs etmiş, bu barədə yazdığı kitab "FotoEvidence Fondu" tərəfindən çap edilmişdir.
Onun işləri beynəlxalq jurnallar və qəzetlər, o cümlədən: "National Geographic", "L'OBS Magazine", "Foreign Policy", "Polka" və "Zenith" tərəfindən nəşr edilmişdir. 2016-cı ildə o, Sabii azlığının dini icmasına və onların cənub-qərbdə, Əhvazdakı müsəlman icması ilə qarşılıqlı əlaqəyə diqqət yetirməklə din və ətraf mühitin kəsişməsini sənədləşdirən layihə olan "Din haqqında" adlı layihənı həyata keçirmişdir. Onun bu layihəsi "Magnum Foundation Photography in Collaboration" qrantını almışdı.
Daryani Tehranda İslami Azad Universitetində kompüter elmləri üzrə təhsil almış, proqram təminatı mühəndisliyi ixitsası üzrə magistr dərəcəsi yiyələnmişdir. O aviasiya fotoqrafiyasına olan marağına görə 2012-ci ildən həvəskar fotoqraf kimi fəaliyyətinə başlamışdır.
Solmaz Dəryani 2014-cü ildən bəri Yaxın Şərqin ən böyük ekoloji fəlakətlərindən biri olan Urmiya gölünün quruması və onun ətraf mühitə vurduğu zərərlər, həmçinin bəşəriyyətə təsirini vurğulayan əsərlər yaratmağa başlayıb. 2021-ci ildə onun "Yerin gözləri" adlı ilk kitabı (ingiliscə:The Eyes of Earth) "FotoEvidence" Fondu tərəfindən nəşr olunub.[2][3] Qrantın mövzusu "Din barədə" adlanırdı.[4]
2019-cu ilin payızında VII Foto Agentliyinin üzvü və həmtəsisçisi olan tanınmış fransız fotoqraf Alexandra Boulat Qrantını alaraq üçün Danimarka Jurnalizm və Mətbuat Məktəbində təhsil almaq hüququ qazandı.[5] 2017-ci ildə "Din haqqında" layihəsinə görə "Magnum Foundation Qrantı"nı qazanır. Onun davam edən "Yerin gözləri" layihəsi "IdeasTap" və "Magnum Photos", "PhotogrVphy Grant" və "FotoEvidence Book" mükafatı laureatıdır.[6][7][8]
Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür.[9][10]İşləri ilə yerləri, personajları və səhnələri araşdırmağı, insanlar və mühitlər arasındakı əlaqəni öyrənməyi hədəfləyir.[11] Solmaz Dəryani adətən uzunmüddətli layihələr üzərində işləyir. Fəaliyyətinin başlanğıcından etibarən uzunmüddətli serial layihələri yaratmış və insanlara, ətraf mühitə təsirini anlamaq məqsədilə hekayələr üzərində işləmişdir. Onun uzunmüddətli foto layihələri arasına "Yerin gözləri" (2014-cü ildən davam edir) və "Bataqlıq sahillərində" (2018-ci ildən davam edir) layihələri daxildir.[12][13][14] 2017-ci ildə Fransanın "Focus Iran" sənədli filmi üçün çəkdiyi fotoşəkilləri maraqla qarşılanmış, beş finalçı fotoqraf arasında yer alaraq yaradıcılığını dünyaya nümayiş etdirmişdir.[15][16]
Daryani beynəlxalq səviyyədə İran, Əfqanıstan, Türkiyə və Böyük Britaniyada su böhranları, iqlim dəyişikliyi və sosial sənədli hekayələr üzərində işləmişdir. Əsərləri The New York Times,[17] Der Spiegel,[18][19] National Geographic Magazine,[20] Atlas Obscura,[21] Foreign Policy Magazine,[22] L'OBS Magazine,[23][24] Le Monde hors serie,[25] Polka Magazine,[26][27] The American Scholar Magazine[28][29][30] və digər nəşrlər kimi beynəlxalq jurnal və qəzetlərdə dərc olunub.[31][32][33][34][35][36][37][38]
Solmaz Daryaninin fəaliyyətində Urmiya gölünün qurumasına xüsusi diqqət ayrılmışdır. BMT-in Devolepment Programı tərəfindən dəstəklənən və 2019-cu ildə həyata keçirilən "Inequality and climate change: The double threat to life on Earth" iştirak edən və qaliblərdən biri olan Daryani bu sözləri demişdi:[39]
Urmiya gölünün şimal-şərqindəki Şeyx Vəli sahil kəndində quru yerdə xarab olmuş gəmi oturur [bu mövzuda çəkdiyi rəsmi göstərir]. Şeyx Vəli əvvəllər çox məşhur turizm məkanı olub. Urmiya gölü quruyandan sonra ətraf torpaqların dəyəri azaldı və orada yaşayan ailələr üçün xeyli maddi problemlər yarandı…Babam gölün kənarında motel tikdirmişdi. On ildən az əvvəl o, gündə onlarla turisti qəbul edirdi. [Solda hələ göl sulu ikən çəkilmiş və ailəsinə məxsus olan fotonu göstərərək] Atamın çəkdiyi fotoşəkildə əmim (ayaqda duran) babam (ağ saçlı) və bir neçə başqa adamla, yəqin ki, qonaqlarla öz qayığına minir. Əmim nənəmin evinə gələn qonaqları Şərəfxanə limanından və göldən xoş xatirələrlə tərk etmək üçün gəmi ilə gəzdirirdi — İran, 1982. Sağda [özünün gölün əksər hissəsinin qurumasından sonra çəkdiyini fotonu göstərərək]: Urmiya gölünün kənarındakı Şeyx Vəli kəndində yaşayan uşaqlar qurumuş göl sahilində oynayırlar. Eyni yer on il əvvəl su altında idi — İran, 2015.
2019 Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Photoville[54] məntəqəsində təşkil edilən qeyri-bərabərlik və iqlim mövzusundakı sərgisi, (Bruklin, Nyu-York, ABŞ[55][56])
2019 Qrup sərgisi, İran, 1979–2019 Maupetit Cŏtė Qalereyası, Marsel[57]
2019 Beynəlxalq Qadın Fotoqraflar Birliyi Səyahət sərgisi, La Galerie, Dubay, Fransız Birliyi
2018 "(IR) Gerçək İran", Mandarin Qalereyası, Paris, Fransa. "Sciences Po Paris" və "La Chaîne" əməkdaşlığı ilə
2017 "Iran Anne 38" qrup sərgisi, "Les Rencontres d’Arles"[58] Festivalı, Sainte-Anne, Arl (Fransa)[59][60]
2016 PondyPHOTO Hindistan Beynəlxalq İncəsənət Festivalı (Hindistan)
↑administrata. "The Eyes of Earth". emerge - Magazin für jungen Fotojournalismus (alman). 2018-06-11. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
↑administrata. "The Eyes of Earth". emerge - Magazin für jungen Fotojournalismus (alman). 2018-06-11. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
↑"Publications". Hamdan Bin Mohammed Bin Rashid Al Maktoum International Photography Award (ingilis). 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.