Solsberi kafedralının qərb fasadındakı heykəllərin siyahısı

Solsberi kafedralının qərb fasadındakı heykəllərin siyahısı İngiltərənin Solsberi şəhərindəki kafedralın böyük qərb fasadını bəzəyən heykəllərin siyahısıdır. Siyahıda heykəllərin adı, müəllifi, fasadda yerləşdirilmə tarixi və qısa təsviri göstərilmişdir. Həmçinin heykəllərin fasadda mövqeyini göstərən şəkillər əlavə edilmişdir.

Solsberi kafedralının böyük qərb fasadında 79 heykəl vardır:

  • 7 heykəl XIV əsrdə fasada əlvə edilmiş, onlardan ikisi XVIII əsrdə orijinal işin kopyaları ilə əvəz edilmişdir.[1]
  • 63 heykəl 1867-1871-ci illər arasında quraşdırılmış və Ceyms Redfernin emalatxanasında hazırlanmışdır.[2]
  • 5 heyxəl XX əsrdə fasada əlavə edilmişdir.
  • 4 heykəl XXI əsrdə fasada əlavə edilmişdir.

Görünmə planı

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə görünmə planı altı yarusa bölünür.[3] Qərbdən şərqə və yuxarıdan aşağı baxdıqda, nişlər soldan sağa (və şimaldan cənuba) doğru nömrələnib. Aşağıdakı dörd yarus, şimal qülləsinin şimal divarından başlayaraq, cənub qülləsinin cənub divarında tamamlanır; yalnız iki aşağı yarus şimal tərəfdə heykəllərə malikdir (aşağıdakı cədvəlin birinci bölməsində yerləşdirilmiş və nişlərin nömrələndiyi fotoya bax).

I yarus: Vesika

Niş No. Heykəl Tarixi Heykəltəraş Atributlar və ya təyinetmə xüsusiyyətləri Şəkil
Qərb fasadında nişlərin nömrələrlə göstərilməsi.
8 Əlahəzrət Xrist ?1867 Ceyms Redfern Sol əlində şar tutur. Sağ əlində bir neçə barmaq çatışmır.
23 İohann Yevangelistin qartalı təxm. XIV ısr Anon Qartalın başı ətrafında halqa görsənir və o, tefilin tutur.

II yarus: Mələklər

8 Dayanmış arxangel ?1867 Ceyms Redfern Əlində kürə və əsa tutub.
14 Oturmuş mələk ?1867 Ceyms Redfern Başı itirilib, arfa ifa edir.
19 Oturmuş mələk 1999 Ceyson Betl [4] Sağ əli çiyninə qaldırılıb
26 Oturmuş mələk 2000 Ceyson Betl[4] Tac tutub.
31 Oturmuş mələk ?1867 Ceyms Redfern Üzü zədələnib, açıq kağız lüləsi tutub.
37 Dayanmış arxangel ?1867 Ceyms Redfern Sağ əli itirilib, sol əlində kürə tutub.

III yarus: Əhdi-Ətiq patriarxları və peyğəmbərlər.

49 Davud 1869 Ceyms Redfern Sağ əlində arfa tutub.
50 Musa 1869 Ceyms Redfern Başında işıq 'buynuzları' var və lində qanunlar lövhəsi tutub.
51 Yesaya 1869-70 Ceyms Redfern Sağ əlində kağız lüləsi var, sol əli sinəsinə qaldırılıb.
52 İyeremiya 1869-70 Ceyms Redfern Sol əlində kağız lüləsi var, sağ əli sinəsinə qaldırılıb.
53 Ezekiel 1869-70 Ceyms Redfern Sol tərəfə baxır, Sağ əlində açılmış kağız lüləsi tutur.
56 İbrahim 1867-69 Ceyms Redfern Sağ əlində bıçaq var, sol əli itirilib.
59 Nuh 1867-69 Ceyms Redfern Sol əlində gəmi modeli tutub, sağ əli itirilib.
61 Əyyub 1870-ci ildən sonra Anon Sol əlindəki açılmış kağız lüləsində adı qeyd edilib.
62 Daniel XX əsrin əvvəlləri Anon Sol əlində açıq kitab, sağ tərəfində şir var.
65 Samuel 1869 Ceyms Redfern Sol əli ilə saqqalını tutub, sağ əlini yuxarı qaldırıb.
66 Süleyman 1869 Ceyms Redfern Başı itirilib, sağ əlində skeptr tutub, kəmərindən boxça asılıb.

IV yarus: Həvarilər.

79 Müq.Faddey 1867-69 Ceyms Redfern Əllərini sinəsində cütləşdirib, bədəninə söykənmiş əsası var.
80 Müq.Simon 1867-69 Ceyms Redfern Uzun mişar tutub.
81 Müq.Andrey 1867-69 Ceyms Redfern Kiçik əyri xaç tutub
82 Müq.Foma 1867-69 Ceyms Redfern Hər iki əli ilə sinəsində kağız lüləsi tutub.
86 Müq.Pyotr ?XIV əsrin əvvəlləri Anon Hər iki ayağının aşağı tərəfi itirilib, sağ ayağı tərəfdə açarları taxmaq üçün halqa görünür, heykəl aşınmış vəziyyətdədir.
89 Müq.Mark 1870 və ya sonra ?Ceyms Redfern Sol əlində açıq kitab, sağ əlində qələm,ayağı altında aslan var.
90 Müq.Matfey 1870 və ya sonra ?Ceyms Redfern Sol əlində kitab, sağ əlində qələm,ayağı altında mələk var.
St Matthew the Evangelist
91 Müq.Luka 1869-70 ?Ceyms Redfern Sol əlində kitab, sağ əlində qələm,ayağı altında buğa başı və qabaq ayaqları görünür.
92 Müq. İohann Yevangelist 1869-70 Ceyms Redfern Sağ əlində kitab, sağ əlində qartallı kuzə, ayağı altında qartal var.
İohann Yevangelist
95 Müq.Pavel XIV əsrin əvvəlləri Anon Sağ əlində dikinə qılınc tutub, sol əli itirilib, geyim detalları müdafiə örtüyünün altında qalır.
99 Müq.Yakov 1867-69 Ceyms Redfern Sol əlində paltarının kəndirini tutub.
100 Müq.Böyük Yakov 1867-69 Ceyms Redfern Sağ əlində ziyart əsası tutub, alnı və papağı zədələnib.
101 Müq.Varfolomey 1867-69 Ceyms Redfern Sağ əlində bıçaq tutub.
St. Bartholomew
102 Müq.Matfiy 1867-69 Ceyms Redfern Əllərini sinəsində cəmləşdirib.

V yarus: Həkimlər, bakirələr və şəhidlər

116 Müqəddəs Patrik 1870-ci ildən sonra Ceyms Redfern Şimal tərəfdə. Əsa tutur və ilanı tapdalayır.
119 Müqəddəs Ambrosi 1867-69 Ceyms Redfern Mitre geyinib, sol əlində əsa tutub.
120 İyeronim Stridonlu 1867-69 Ceyms Redfern Başında şlyapa, sol əlində kitab, sağ əlində kilsə modeli var.
121 I Qriqori 1867-69 Ceyms Redfern Başında papa tiarası, sağ çiynində göyərçin, sol əlində skeptr var.
122 Avqustin Avrelius 1867-69 Ceyms Redfern Mitre geyinib, sol çiyninə əsa söykənib. Sağ əlində alovlu ürək tutub.
124 Aldhelm 2001.[5] Ceyson Betl[6] Ayağı ilə arfa saxlayır.
125 Remigiy təxm. 1873 ?Ceyms Redfern Mitre geyinib, sağ əlini xeyir-dua üçün qaldırıb, sol əlində kitab tutub, sol qoltuğunda yepiskopluq əsası tutub.
129 İohann Yevangelist XIV əsr Anon Sağ əlini qaldırıb, çiynində quş var, paltarlarının detalı müdafiə örtüyünə görə görünmür.
132 İliopollu Barbara 1868 Ceyms Redfern Sağ əlində şəhidlik palması tutub, sol əlində açıq kitab var, sağ ayağının arxasında kiçik qəsr görünür.
133 İskəndəriyyəli Yekaterina ?1868 Ceyms Redfern Sol ayağına böyük qılınc söykənib, ayaqlarının arxasından çərxin bir hissəsi görünür.
134 Müqəddəs Rox ?1868 Ceyms Redfern Sol ayağında vəba nişanı var, qabağında kiçik it oturub.
135 Müqəddəs Nikolay ?1868 Ceyms Redfern Mitre geyinib, sol əli itirilib, sağ əlində üç qızıl top tutub, əsasının yuxarı hissəsi itirilib.
136 Müqəddəs Georgi ?1868 Ceyms Redfern Sol qolunda qalxan var, sol əli ilə qılınc tutub, sağ əlində əjdaha başı tutub.
137 Müqəddəs Kristofer ?1868 Ceyms Redfern Sol çiynində Körpə İsanı gəzdirir, sağ əlində böyük əsa tutub..
138 Müqəddəs Sebastyan ?1868 Ceyms Redfern Əlləri arxadan bağlanıb, üç ox ilə yaralanıb.
139 Kosma ?1868 Ceyms Redfern Sol əli ilə paltarını aralayıb, sağ əlində kub formalı qutu tutub.
140 Damian ?1868 Ceyms Redfern Sağ əlini qaldırıb, sol əlində həvəngdəstə tutub.
141 Bakirə Marqaret ?1868 Ceyms Redfern Sol əlində çarmıx tutub, ayağının altındakı əjdahaya baxır
142 Müqəddəs Ursula ?1868 Ceyms Redfern Sağ əlində şəhidlik palması, sol əlində ox tutur.
145 Vəftizçi İohann XIV əsrin əvvəlləri Anon Sağ əlində agnus dei təsvirli disk tutub, heyvan dərisi geyinib. Heykəl çox aşınmış vəziyyətdədir.
150 İlk məzlum Stefan 1869-70 Ceyms Redfern Sol əlində palma budağı, sağ əlində daş tutub.
152 Sirakuzalı Lüsiya 1867-69 Ceyms Redfern Sağ əlində çıraq, sol əlində bıçaq var.
153 Siciliyalı Aqata 1867-69 Ceyms Redfern Sağ əli ilə örpəyini tutub, sol əli çiynində durub.
154 Romalı Aqnes 1867-69 Ceyms Redfern Sağ əli ilə quzu tutub, sol əli ilə quzunu sığallayır.
155 Romalı Sisilya 1867-69 Ceyms Redfern Yuxarı baxır, əlində daşınan orqan tutub, Looking upwards, supporting a portable organ, a sol çiynində saç hörüyü var.

Tier 6: Anqlikan kilsəsinə məxsus müqəddəslər.

166 Deakon Martir, ?Müq. Birinus IV əsrin əvvəlləri Anon: Başı Redfern tərəfindən Şimal tərəfdə, hər iki ayağın aşağı hissəsi itirilib və pis aşınıb.
167 Müqəddəs Eteldreda 1869-cı ildən sonra Ceyms Redfern Şimal tərəfdə, sağ əlində kilsə modeli, sol əlində isə əsa tutur.
168 Kral VI Henri ?XX əsrin əvvəlləri Anon Şimal tərəfdə, sağ əlində heraldik zanbaq təsvirli skeptr, sol əlində isə kürə tutub.
169 Yepiskop Cayls XIV əsrin ortaları Anon Əlləri itirilib, sol çiyninə əsa söykənib.
170 Yepiskop Pur 1868-69 Ceyms Redfern Sağ əlində Solsberi kafedralının modelini, sol əlində isə qısa əsa tutur.
171 Kral III Henri 1868-69 Ceyms Redfern Sağ əlində başsız skeptr tutub, sol əli itirilib.
172 Ebingdonlu Edmund XX əsrin əvvəlləri Anon Sağ əlini xeyir-dua üçün qaldırıb, sol əlində əsa tutub. Aşağıda adı yazılıb.
173 Yepiskop Oda 1867 Ceyms Redfern sağ əlini qaldırıb, lakin barmaqları itirilib. Sol əlində qədəh tutub.
174 Ezra Baya Laviri 2008 Ceyson Betl,[7] Sağ əlində qələm, sol əlində kitab var.
177 Tomas Ken c. 1930-31 Allan Cey Vyon Sağ əlini qaldıraraq xeyir-dua verir. Right hand raised in benediction. Sol əlində uzun yepiskop əsası tutur.
178 St. Osmund ?1878 Ceyms Redfern Sağ əlində iki kitab tutub, sol əlində yepiskop əsası tutub.
180 Müjdə mələyi, Arxangel Cəbrayıl 1870 Ceyms Redfern Sol əlində bir neçə ?zanbaq tutur, sağ əlini xeyir-dua üçün qaldırıb.
181 Dayanmış Məryəm 1870 Ceyms Redfern Sağ əli itirilib, sağ çiynində zanbaqlar var. Sol əli sinəsindədir.
182 Müjdələnən bakirə 1870 Ceyms Redfern Oturmuş şəkildə profildən təsvir edilib, əlində kitab tutub.
183 Büxurdanla mələk 1870 Ceyms Redfern Əsas portikin içində yerləşir. Sağ profildən təsvir edilib, əlində büxurdan və onun zəncirini tutub.
184 Bakir və körə 1870 Ceyms Redfern Əsas portikin içində yerləşir.
185 Büxurdanla mələk 1870 Ceyms Redfern Əsas portikin içərisində yerləşir. Sol profildən təsvir edilib, əlində büxurdan və onun zəncirini tutub.
187 Yepiskop Bretvald ?1868 Ceyms Redfern Sağ əli itirilib. Sol əlinin qalığı ilə əbasını tutub.
188 Corc Herbert 2000 Ceyson Betl Əllərini sinəsinə qaldıraraq aşağı baxır.
192 Müqəddəs Alban 1867-69 Ceyms Redfern Əlləri itirilib. Sol çiyninə skeptr söykənib. Qarın hissədən sol ayağına doğru böyük bir hissəsi zədələnib.
194 Elfic 1867-69 Ceyms Redfern Daşları saxlamaq üçün paltarının ətəyini qaldırıb.
195 Şəhid Edmund 1867-69 Ceyms Redfern Sağ əli çiynində paltarı saxlayır, çiynin sol tərəfində xəncər var.
196 Tomas Beket 1867-69 Ceyms Redfern Zədələnmiş sağ əlini xeyir-dua üçün qaldırıb, sol əlində əsa tutub.
  1. Ayers. T., 2000 (Salisbury Cathedral: The West Front:A History and Study in Conservation.) pages 191-247. Philimore, ISBN 1860771521-1-86077-152-1.
  2. Ayers. T., 2000. pages 191-247.
  3. Armfield, HT., 1869, (The Legend of Christian Art:Illustrated in the Statues of Salisbury Cathedral.) Brown & Co./Simpkin, Marshall & Co. pages 18-27.
  4. 1 2 Ayers, T., 2000, p. 214.
  5. --Tatton-Brown,T. & Crook, J. 2009 (Salisbury Cathedral: The Making of a Medieval Masterpiece.) Scala Publishers Ltd. ISBN 978-1-85759-550-5. page 1.
  6. Tatton-Brown, T. & Crook, J. 2009, page 1.
  7. "Statue marks two anniversaries (From Salisbury Journal)". www.salisburyjournal.co.uk. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2016.