Soltan Əlizadə

Soltan Hüseynqulu oğlu Əlizadə (21 dekabr 1958, Buzovna) — Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü; Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi[1].

Soltan Əlizadə
Soltan Hüseynqulu oğlu Əlizadə
Doğum tarixi 21 dekabr 1958(1958-12-21) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti din xadimi[d], yazıçı, şair, publisist, tədqiqatçı
Üzvlüyü
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Soltan Hüseynqulu oğlu Əlizadə 1958-ci il dekabrın 21-də Bakının Buzovna qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub. 1974-cü ildə 125 saylı orta məktəbi bitirib, Buzovnada yerləşən 55 saylı texniki-peşə məktəbinə daxil olur və qaynaqçı peşəsinə yiyələnir. O, öz əsgəri borcunu uzaq şərqdə keçirir.[2] 1979-cu ildə ordu sıralarından qayıdır və işləmək üçün Neft Daşlarını seçir. Orada dəmirçi-qaynaqçı vəzifəsində işə düzəlir. Hələ məktəbli ikən sovet rejimin qadağalarına baxmayaraq məsciddə dini ayinlərə qoşulması və dindarlar arasında qazandığı hörmət onu Buzovna qəsəbəsinin Axundu rütbəsinə qədər yüksəldir. 1988-ci ildə Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə Buzovnaya Axund təyin olunur. Bu günə qədər Buzovna Cümə Məscidinin imamıdır. İlk dini təhsilini Axund Məşhədi Məzahirdən alsa da sonradan Məhəmmədəli Natəvani, Molla Həsən, Molla Məhəmməd və Axund Hacı Əhməd Şeyx Qüdrət oğlundan da dini dərslər alır və dini təhsilini kamilləşdirir.[3] Soltan Əlizadə həmçinin dövrünün böyük alim və şairləri ilə yaxından dostluq edir, onların dərin fikirlərindən qidalanırdı. Füzulişunas-alim Hacı Mail, Hacı Hidayət Səməd oğlu, Əhmədağa Əhmədov, Şeyx Məhəmməd Şeyx Qüdrət oğlu, Baskallı Hacı Həbib və Məddah Əlisöhbət kimi şəxslərlə oturub-durması qəlbindəki imanının artmasına, yetkinləşməsinə, elminin daha da kamilləşməsinə gətirib çıxarmışdır.

Bütün bunlardan əlavə Hacı Soltan yüzlərlə ədəbi-bədii, tənqidi, elmi-nəzəri publisist məqalələrin və neçə-neçə kitabların reddaktoru, rəyçisi və ön sözünün müəllifidir. Xatırlamalıyıq ki, yazıçılıq fəaliyyəti ilə yanaşı Hacı Soltan incə ruhlu qəzəllər, qəsidələr yazan şair təbiətli bir insandır. Buna onun "Divan"ı əyani sübutdur.[4]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Axund Hacı Soltan Hüseynqulu oğlu Əlizadə. "Azərbaycan dərvişləri və rövzəxanları". Bakı, "Boz Oğuz", "Nicat", 1995
  • Axund Hacı Kərbəlayi Soltan Hüseynqulu oğlu. "Şah İsmail Xətai" (xronoloji-tarixi məlumatlar). Bakı, "Ozan", 1997
  • "İslamda idman və boks şahı Məhəmməd Əli" (Bakı, "OZAN" 1997)
  • Axund Hacı Soltan Hüseynqulu oğlu. "Xətaişünaslığa hədiyyə". Bakı, "Ozan", 1998
  • "Yaşamaq, yaşatmaq, yaratmaq" (Bakı, "OZAN" 1998–1999, iki kitab)
  • "İslam idman antalogiyası" (Bakı, "OZAN" 1999)
  • Axund Hacı Soltan Hüseynqulu oğlu. "Məsumnamə". Bakı, "Ozan", 1999
  • Axund Hacı Soltan Hüseynqulu oğlu. "Xətai və Füzuli". Bakı, "Ozan", 2000
  • "Məsumnamə" (Bakı, "OZAN" 2000)
  • "Hidayət yolu" (Bakı, "OZAN" 2000)
  • "Şəhadət yolu" (Bakı, "OZAN" 2000)
  • "Divan" (Bakı, "OZAN" 2000)
  • "Dübeytlər, rübailər, tüyuqlar" (Bakı, "Tural-Ə" NPM, 2001)
  • "Həzrət Əli (ə) və dünya ədəbiyyatı" (Bakı, "Tural-Ə" NPM, 2001)
  • Axund Hacı Soltan Hüseynqulu oğlu Əlizadə. "Duayi-Heydəri və ya Həzrəti-Əli (ə) zirvəsinə bir baxış". Bakı, "Tural-Ə" NPM, 2002
  • "Gizli xəzinələrdən incilər" (Bakı, "Tural-Ə" NPM, 2002)
  • "Allah eşqi, insan eşqi, söz eşqi" (Bakı, "OZAN", 2003)
  • "Məhəmməd Əmin Rəsulzadə və İslam" (Bakı, ADMİU, 2003)
  • "Həzrət Əli (ə) kimdir?" (Bakı, "Tural-Ə" NPM, 2004)
  • "Azərbaycan şairə qadınları və islam" (Bakı, "Tural-Ə" NPM, 2004)
  • "Əli (ə) hardadır?" (Bakı, "Tural-Ə" NPM, 2005)
  • "Bir şəmsən aləm sənə pərvanə Hüseynim" (Bakı, "Tural-Ə" NPM, 2005)
  • "Qarabağ azad olan gün" (Bakı, "OZAN" 2006)
  • "Həzrət Əli (ə) və Azərbaycan" (Bakı, "OZAN" 2006)
  • "Kürdəxanı" (Bakı, "QARABAĞ" 2008)
  • "Mən Əli (ə) şairiyəm" (Bakı, "QARABAĞ" 2008)
  • "Qədir-Xum həqiqətləri" (Bakı, "OZAN" 2011)
  • "Bunu hamı bilməlidir" (Bakı, "OZAN" 2011)
  • "Azərbaycanda Həzrət Əli (ə) qədəmgahları və ziyarətgahları" (Bakı, "OZAN" 2011)
  • "Həzrət Əli (ə) Qədəmgahı zəvvarların gözü ilə" (Bakı, "OZAN" 2011)
  • "Mazandaran pələngi İmaməli Həbibi" (Bakı, "OZAN" 2012)

Keçirtdiyi yubley tədbirləri[redaktə | mənbəni redaktə et]

  1. Şah İsmayıl Xətainin 510 illiyi
  2. Məhəmməd Asinin 150 illiyi
  3. Cəfər Seyyid Əzim Şirvaninin oğlunun yubileyi
  4. Şeyx Şamilin yubileyi
  5. Axund Kamiyabın yubileyi
  6. Məhəmməd Füzulinin yubileyi
  7. Abbasqulu Ağa Bakıxanovun yubileyi
  8. Xalq qəhrəmanı Buzovnalı Hacı İskəndərin yubileyi
  9. Dərbənd şairi Qumri Dərbəndinin yubileyi
  10. Şeyx Bəhaəddinin yubileyi
  11. Azərbaycan soyqırım qurbanlarının matəm mərasimi
  12. "20 Yanvar" şəhidlərinin hər il ildönümü

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Beynəlxalq İmam Əli mükafatı
  • Qızıl qələm mükafatı
  • İmam Rza mükafatı
  • "Vətən övladı" altun medalı
  • "Şah İsmayıl" qızıl medalı
  • "Türk birliyi" qızıl medalı
  • "Atilla" qızıl medalı
  • "İlin ən yaxşı dini xadimi" medalı
  • "Ziya" fəxri diplomu
  • "Heydər Əliyev" Vətənpərvərlik fəxri diplomu
  • "Qalib Sultan" diplomu
  • "Fədakar təbliğatçı" diplomu
  • "Abbasqulu Ağa Bakıxanov" mükafatı
  • "Həzrət Əli" fəxri mükafatı
  • "Mir Möhsin ağa" diplomu
  • "Hacı Zeynəlabidin Tağıyev" diplomu
  • "Uluslararası Barış elçisi" diplomu
  • "Buzovna Əli qədəmgahı" medalı
  • "Nizami Gəncəvi" qızıl xatirə sikkəsi
  • "Beynəlxalq qızıl ulduz" medalı
  • "Qızıl ürək" medalı
  • "Akademik" diplomu
  • "Aşıq Ələsgər – 200" yubiley medalı — 26.04.2023

Titulları[redaktə | mənbəni redaktə et]

  1. Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi
  2. Buzovna Cümə məscidinin Axundu
  3. Buzovna dini icmasının başçısı
  4. Buzovna Əli ayağı qədəmgahının fəxri Axundu
  5. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yerləşən Elmi-dini şuranın üzvü
  6. Azərbaycan Yazıçılar Birliyinin üzvü
  7. Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]

  1. "50" yaşının tamam olması münasibətilə Hacı Soltan haqqında bir kitab yazılmışdır: "Söz mülkünün Soltanı" adlı məqalələr toplusu ((Bakı, "QARABAĞ" 2008, 424 səh.)
  2. "60" yaşının tamam olması münasibətilə haqqında 2-ci bir kitab yazılmışdır: Sona Xəyal (Sonaxanım Tağıyeva) "Hacı Soltan Əlizadə 60" (Bakı, "APASTROF-A" 2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]