Sosial audit — təşkilatın fəaliyyətini və üslubunu qiymətləndirmək, hesabat vermək, təkmilləşdirmək prosesi, bütövlükdə cəmiyyətə təsirini ölçmək vasitəsi. Sosial auditin köməyi ilə korporativ sosial məsuliyyət dərəcəsi ölçülə bilər. Keyfiyyətin idarə edilməsi və insan resurslarının inkişafı üçün əlverişli şərtləri seçmək üçün ilk növbədə təşkilat daxilində rəsmi və qeyri-rəsmi davranış qaydalarını, şirkətin fəaliyyətində maraqlı olan tərəflərin fikirlərini qiymətləndirir.[1]
Daxili maliyyə auditi kimi, sosial audit də tədqiqat meyarlarının aydın şəkildə tərtib edilməsini tələb edir: şirkət hansı nəticələrə nail olmaq istəyir, hansı ictimai qrupların onun biznesinin uğuruna təsir etməsi və onun effektivliyinin hansı göstəricilərlə ölçülməsi.[2][3]