Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət.[1] Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur.[2] Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər.
2005-ci ildə yaradılıb.[1] Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib.[1] Təriqətin əsas atributu aşsüzəndir.[1]
Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.[1]
Pastafaryanizm sözü italyanca olan pasta (makaron) və Rastafaryanizm sözlərinin birləşməsindən yaranmışdır.
Pastafaryanizm dininin qurulmasında məqsəd ABŞ-nin Kanzas ştatının təhsil idarəsinin ştat məktəblərində Təkamül nəzəriyyəsinə alternativ olaraq Ağıllı dizaynın təhsil proqramına salınması qərarına etiraz etməkdi. Bobbi Henderson təhsil idarəsinə göndərdiyi açıq məktubla[3] Uçan spagetti əjdahasına olan inancından bəhs etdi və Pastafaryan yaradılış nəzəriyyəsinin də məktəblərdə tədris olunmasını istədi. Beləliklə Ağıllı dizaynın tədris olunmasına qarşı çıxdı.[4][5]
Uçan spagetti əjdahasının ona yaxın keçmişdə məşhur olan və Riçard Dokinz kimi bir sıra ateistlər tərəfindən ortaya atılan Rasselin çaydanı anlayışının bir növ çağdaş variantı olduğu düşüncəsinə tez-tez toxunulur.