Spannagel mağarası

Spannagel mağarası (Spannagelhöhle),[1] Avstriyada, Tirol əyaləti daxilində, Zillertal Alplarında yerləşən mağara. 2020-ci ilin aprelində mağaranın10 kilometrlik hissəsi kəşfedilmişdir. Mağara daxilinə turist səfərləri ancaq 500 metrik hissəsinə təşkil olunur. Mağara girişi birdənədir. Giriş Avstriya Turizm Kulubuna məxsus olan Spannagelhaus dağ klubunun yerləşdiyi məkanın yaxınlığında, dəniz səviyyəsindən 2531 metr hündürlükdə yerləşir. Əsas girişi ilə yanaşı bir də su girişi mövcuddur. Mağara Avropanın ən hündürdə yerləşən mağarası hesab olunur[2]. Mağara və kuluba 1902-1904-cü illərdə turizm klubuna rəhbərlik etmiş Dr. Rudolf Spannagelin adı verilmişdir.

Spannagel
alm. Spannagelhöhle
Ümumi məlumatlar
Uzunluğu ~10 000 m
Kəşf tarixi 1919
Ziyarətçilər üçün əlçatılan 500
İşıqlandırma elektrik
Yerləşməsi
47°04′49″ şm. e. 11°40′18″ ş. u.
Ölkə  Avstriya
Spannagel xəritədə
Spannagel
Spannagel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Zillertal Alplarının böyük qismi mağaraların formalaşmsı üçün əlverişsiz metomorfikkristal süxurlardan ibarətdir. İstisna hal kimi bəzi yerlərdə əhəngdaşı, dolomit, gips və s. karbonat tərkibli süxurlar mövcuddur. Bu tip süxurlar çox az qalınlığa malikdirlər. Böyük mağaraların formalaşmasına əngəl yaradır. Məhs Spannagel mağarasının bu bölgədə yaranmasını tədqiqatçılar daha çox tektonik proseslərlə bağlayırlar.[3]

Mağara daxilində yer altı çaylar mövcuddur. Ərazidəki buz örtüyünün azalması səbəbi ilə yeraltı sularda səviyyənin düşməsi qeydə alınmışdır.[4] Mağara daxili özünün yüksək rütubətliyi ilə diqqəti cəlb edir. Yer səthində olan bir çox kiçik çaylar ( Mündungslöcher ) sifonlar yaratmış və ancaq dayvinqlə məşğul olanlar üçün əlçatandır.

1919-cu ildə Spannagelhausun sahibi Alois Hotter mağara girişini aşkar etmişdir. O mağaranı «qorxunc quyu» (Grausliches Loch) adlandırmış. Bir müddət mağara zibil quyusu kimi istifadə olunmuşdur. 1960-cı ildə Rudolf Radisloviç ilk dəfə olaraq mağarada tədqiqat işləri aparmışdır. Tədqiqatlar əsas girişdə (Hauptgang) və su girişində (Wassergang) həyata keçirilmişdir.

  1. http://www.bookrags.com/tandf/spannagel-cave-austria-tf/
  2. Jacoby, E. (1977)
  3. "The cave at the spannagelhaus". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  4. "Showcaves.com: Spannagelhöhle". 2020-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.