Sparapet (erm. սպարապետ) — qədim dövrdə və orta əsrlərdə Ermənistanda silahlı qüvvələrin ali baş komandanı üçün istifadə edilən irsi titul.
Eramızdan əvvəl II əsrdə kral I Artaşesin hakimiyyəti dövründə meydana gəlmiş, Ermənistan krallığı və Kilikiya çarlığında istifadə edilmişdir.[1] Sparapet Parfiyadakı spahbedin titulunundan götürülmüşdür və onun Ermənistandakı ekvivalenti idi.
Sparapet titulu ənənəvi olaraq Ermənistanın Artaşes hakimiyyətinin başlanğıcından bəri Mamikonyan sülaləsinin nümayəndələri tərəfindən sahiblənilirdi. Tarixdə daha sonra bu titul Pakraduni və Artsrunilər sülalələri tərəfindən sahiblənmişdir.
XVIII əsrdə yaşamış erməni sərkərdəsi Mxitar Sparapet Zəngəzur bölgəsində ermənilərin istiqlal səylərinə rəhbərlik etmişdir.[2][3]
1920–1921-ci illərdə Dağlıq Ermənistan Respublikasının ali baş komandanı olan Qaregin Njde "Sünik sparapeti" tituluna layiq görülmüşdür.
1991–1992 və 1995–1999-cu illərdə illərdə Ermənistanın Müdafiə naziri olan Vazgen Sarkisyan[4] Birinci Qarabağ müharibəsi dövründəki fəaliyyətinə görə qeyri-rəsmi olaraq sparapet adlandırılır.[5][6]
Դեկտեմբերի 25-ին հռչակվել է Սյունիքի ինքնավարությունը, Նժդեհն ընտրվել է Սյունյաց սպարապետ:
1920 թվականի դեկտեմբերին Տաթեւում գումարված համազանգեզուրյան առաջին համագումարում Սյունիքը հռչակվեց ինքնավար: Նժդեհն ընտրվեց Սյունյաց սպարապետ՝ դիկտատորի իրավունքներով: