Sredneqo adaları

Sredneqo adaları (rus. Чёрные Скалы və ya rus. острова Среднего) — Kuril adalarına Böyük Kuril cərgəsinə daxil olan adalar qrupu. İnzibati baxımından Saxalin vilayəti, Severo-Kuril şəhər dairəsinə daxildir. Adalrda yaşayış yoxdur.

Sredneqo adaları
rus. Острова Среднего
Ümumi məlumatlar
Adaların sayı 4
Hündür nöqtəsi 36 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
47°53′ şm. e. 152°53′ ş. u.HGYO
Ölkələr
Vilayət
Arxipelaq
Akvatoriya
Sredneqo adaları xəritədə
Sredneqo adaları
Sredneqo adaları
Sredneqo adaları xəritədə
Sredneqo adaları
Sredneqo adaları

Coğrafiya və geologiya

[redaktə | mənbəni redaktə et]

Uşişir adalarından bir neçə km şimal-şərqdə yerləşir. Rasşua adasından Srednı boğazı ilə ayrılır. Rasşua ondan 10 km cənub-qərbdə yerləşir. Rasşua adasından Sredneqo adalarına ən yaxın nöqtə bu adanın cənubunda yerləşən Yujnaya burudur. Arxipelaqla adanı ayıran Srednı boğazında Karlik adası yerləşir. Sredneqo adalarından şimal-şərqdə Srendı su altı vulkanı vardır. Çyornıe Skalı qayaları arxipelaqın şimalında yerləşir. Bosman və miçman qayaları arxipelaqın cənub-şərqində, Button qayası isə onun şərqindədir. Sredneqo qayaları şimal-şərqdə, Xitraya qayası isə bu qayalardan qərbdədir. Arxipelaq iki qrupa bölünür: Çyornıe Skalı (bir-birnə yaxın üç adadan ibarətdir) və digərləri Sredneqo adaları altında birləşir. Arxipelaqın ən hündür nöqtəsi 36 metrdir. Adalar üzərində rütüubət olduqca yüksəkdir. Güçlü şaxtalar adi halldır. Ərazidən olduqca güçlü küləklər əsir.

Arxipelaq ərazisinin böyük hissəsini dörd iri ada tutur (bunlardan üçü Çyornıe Skalı adalrını əmələ gətirir. Dördüncü ada isə Sredneqodır). Digər sahəni isə kiçik qayalar (məsələn: Xitraya, BosmanMiçman), çəkilmə zamanı ortaya çıxan su altı daşlar tutur.

Adalarda bitki örtüyü yoxdur. Şimal dəniz şirlərinə aiad olan yataq vardır.

Əvvəllər adalarda dəniz şirlərinin ovu təşkil edilirdi. XVIII əsrin sonları və XIX əsrin əvvələrində bu arxipelaq və Uşişir adaları birgə götürülür. Onlar on fördüncü adı ilə işarələnir[1][2]. Adalar «Диана» gəmisinin şturman köməkçisi Vasili Sredneqo şərəfinə adlandırılmışdır. O, 1811-ci ildə adaların hidroloji araşdırmalarını aparmışdır[3].

1855-ci ildə Şimoda traktatına görə arxipelaq Rusiya imperiyasının ərazisi kimi tanınır. 1875-ci ildə isə bütün Kuril adaları Yaponiyanın ərazisi olur. Bu isə Yaponiyanın Saxalini Rusiyanın ərazisi kimi tanıması müqabilində edilir.

Yaponiyanın tərkibində

[redaktə | mənbəni redaktə et]

1875—1945-ci illər ərzində bütün Kuril adaları kimi bu axipelaqda Yaponiyanın hakimiyyəti altında olmuşdur.

1945-ci ildə İkinci Dünya müharibəsi sonucunda adalar Saxalin vilayəti olaraq SSRİ tərkibinə keçmişdir. 1991-ci ildən isə RSFSR varisi olaraq Rusiya adaları idarə edir[4].

  1. "«Замечания о Курильских островах» В. М. Головнина, 1811 год. История России". statehistory.ru. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  2. "Сахалин и Курилы". skr.su. İstifadə tarixi: 2017-06-22.[ölü keçid]
  3. "Первые русские кругосветные плавания — История географических открытий". discover-history.com. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-03.
  4. "Россия как правопреемница СССР / Радиостанция "Вести FM" Прямой эфир/Слушать онлайн" (rus). radiovesti.ru. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.