Şimal dəniz şiri (lat. Eumetopias jubatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin şimal dəniz şiri cinsinə aid heyvan növü.
Şimal dəniz şiri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Klad: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şimal dəniz şiri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Erkəklərin uzunluğu 3–3,5 metr, çəkisi isə 500–1000 kq arasında dəyişir. Dişilər isə erkəklərdən kiçik olur. Onların uzunluğu 2,6 m, çəkisi isə 350 kq təşkil edir. Bu növün nümayəndələri çox az məsafəyə miqrasiya edirlər. Əsasən adaların və materikin sahillərində yerləşirlər. Bəzən isə buz uzərində dincəlirlər. Bu calıların həyatı iki dövrə bölünür: Hərəkətli və sükunət. Hərəkətli dövründə onlar əsasən dənizə çıxırlar və miqrasiya edirlər. Sükunət dövrü isə əsasən yazın sonlarından başlayır və çütləşmə donəmini təşkil edir.
Şimal dəniz şirinin erkəkləri bir neçə dişiyə sahib olurlar. Onların sahib olduğu hərəmxana daimi olmur. Beləki onlar dişiləri öz ərazilərilərində saxlamağa təşəbbüs göstərmirlər.
Ana dəniz şiri sahilə çıxdıqdan sonra bir necə gündən sonra bir bala doğur. Bala dünyaya gəldikdən bir necə gün aqrissiv olur. Dişilər 10–12 gün müddətində balasını qoruyur və onu tərk etmir. Bu müddətdən sonra isə çütləşməyə hazır olur. Çütləşmə dönəmi mayın yarısından iyunun sonuna qədər davam edir. Bəzi yerlərdə 20 iyul tarixində bitir. İyulun ortalarına dişilər sahil əraziləri tərk edirlər (hərəmxananı). Bəzən yay müddətində boş ərazilərdə subay dişi və erkək dəniz şirləri toplaşır. Onlar əsasən cavan və yaşlı dəniz şirləridir.
Şimal dəniz şiri Kuril adalarından Alyaska sahillərinə qədər olan ərazilərdə yaşayır. Xüsusi ilə (Oxot dənizi) Kamçatka, Saxalin adası, Komandor adaları (Berinq dənizi), Aleut adaları (Alyaska körfəzi) və Şimali Amerika sahillərində daha çox rast gəlinir. Qurulur Şimal dəniz şirlərinin nəslinin tükənmə təhlükəsi olmasa da, bir növ olaraq qorunma altındadır. Rusiya və Ümumdünya qırmızı kitabına daxil edilmişdir.