Stas Mixaylov

Stanislav Mixaylov (rus. Станисла́в Влади́мирович (Стас) Миха́йлов 27 aprel 1969, Soçi, Krasnodar diyarı) — rus estrada müğənnisi, bəstəkar, aktyor və prodüser, Rusiya Federasiyasının xalq artisti (2022).[1]

Stas Mixaylov
rus. Станислав Владимирович Михайлов
Ümumi məlumatlar
Doğum tarixi 27 aprel 1969(1969-04-27) (55 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, şair, müğənni-mahnı yazarı, musiqi prodüseri
Fəaliyyət illəri 1992-ci ildən
Janrlar estrada[d], rus neoşansonu[d]
Mükafatları Order For Merit in Culture and Art
Rusiyanın xalq artisti Rusiya Federasiyasının əməkdar artisti Golden Gramophone Award Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
stas-mihaylov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəfələrlə "İlin şansonu", "Qızıl qrammofon" mükafatlarının və "İlin mahnısı" festivalının qalibi və laureatı olub.

27 aprel 1969-cu ildə Krasnodar vilayətinin Soçi şəhərində anadan olub. Atası pilot, anası isə tibb bacısı olub. Ata tərəfdən Stasın Azərbaycan kökləri var.[2]

Mixaylovun hekayələrinə görə, o, musiqi məktəbində heç iki həftə getməyib və ilk gitara akkordlarını ona, həm də pilot olan, böyük qardaşı göstərib.

Gələcək müğənni 7 ay Minsk Uçuş Məktəbində oxuyub, lakin təhsilini yarımçıq qoyub və Şimali Qafqaz Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin qərargahında sürücü kimi Rostov-na-Donu şəhərində hərbi xidmətə çağırılıb. Tərxis olunduqdan sonra Stas bir müddət Tambov Mədəniyyət İnstitutunda oxuyur, lakin onu bitirmədən doğma Soçiyə qayıdaraq burada işləməyə başlayır.

1992-ci ildə Stas Mixaylov Moskvaya gedir və burada video kasetlərin yayılması işiylə məşul olmağa başlayır və bu işdə uğursuz olur. 1992-ci ildə "Şam" adlı ilk musiqisini yazır.

Bir neçə il teatrlarda işlədikdən sonra, 1996-cı ildə, bir il sonra işıq üzü görəcək "Şam" adlı debüt albomunu tamamlamaq üçün Sankt-Peterburq şəhərinə gedir. Lakin Mixaylovun sözlərinə görə, bu albom ona, gözlənilən gəliri gətirmir. Bu uğursuzluğa görə müğənni ailəsi ilə birlikdə Soçiyə qayıdır, nəhayət, yalnız 2000-ci illərin əvvəllərində Moskvaya köçür. Tezliklə radioda Stas Mixaylovun "Sənsiz" mahnısı eşidilir, bu mahnı 2004-cü ildə, Mixaylovun üçüncu albomu olan "Sevgi üçün zəng işarələri" albomuna daxil edilir. Ancaq, o, buna kimi, ikinci albomu olan "İstiqlal"ı çıxardır. 2002-ci ildə çıxan bu albom da uğursuz olur.

2004-cü ildə Mixaylov ikinci klipini çəkdirir.

2006-cı ilin mart ayında Mixaylov "Oktyabrski konsert zalı"nda baş tutan konsertdə uğurlu çıxış edir.[3]

İlin sonunda Mixaylovun "Xəyalların sahilləri" albomu işıq üzü görür, eyni adlı mahnıya video klip çəkilir və ilk solo konserti Moskvada "Kosmos" hotelinin konsert zalında keçirilir.

2007-ci ildə müğənninin "Hər şey sizin üçün" mahnılar toplusu və növbəti "Cənnət" albomu buraxılır. Albomun təqdimatı ilə 2008-ci ilin aprelində Stas Mixaylov ilk dəfə Dövlət Kreml Sarayının səhnəsində çıxış edir.

2008-ci ildə Stas Mixaylovun "Gözlənilməz məhəbbət" adlı ikinci mahnılar toplusu, dekabrda isə "Həyat bir çaydır" albomu işıq üzü görür. Onun təqdimatı ilə sənətçi Oktyabrski Konsert Salonunda beş konsert verir. "Səyyah" mahnısına klip çəkilir. "Həyat bir çaydır" albomu üçün müğənni Zara ilə birlikdə Mixaylov "Uçaq" duetini yazır.

2009-cu ildə Stas Mixaylov iki mükafat alır. "Radio Şanson" onu "İlin artisti" adlandırır və "Cənnətlə Yer arasında" mahnısına görə Rusiyanın Milli mükafatı olan "Qızıl Gramofon" Mükafatı"na layiq görülür.[4] Mixaylov eyni mahnı ilə, ilk dəfə "İlin mahnısı" televiziya festivalında ifa edir.

2010-cu ildə "Canlı" albomu və "BİS-də ən yaxşı mahnılar" kolleksiyası çıxır və "Dövlət Kreml Sarayı"nın səhnəsində üç konsertdə təqdim olunur. Dekabrın 4-də, Taisiya Povaliy ilə duet oxuduğu "Burax get" mahnısı "Qızıl Qrammofon" mükafatının qalibi olur.[5]

"Ümumrusiya İctimai Rəylərin Öyrənilməsi Mərkəzi"nin sorğusuna görə, "İlin müğənnisi " kateqoriyasında Stas Mixaylov yalnız Filipp Kirkorov və Nikolay Baskovdan geri qalaraq üçüncü yeri tutur.[6] 2010-cu ildə Stas Mixaylovun albomlarının satışı il ərzində rekord həddə çatır.[7]

Dekabrın 29-da Rusiya Federasiyasının Prezidenti D. A. Medvedevin fərmanı ilə Stas Mixaylov "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adına layiq görülür.[8] Ancaq o, yalnız 2013-cü ilin əvvəlində mükafatlandırma mərasiminə dəvət edilir.[9]

25 iyul 2011-ci ildə Forbes jurnalı, birinci yerdə Stas Mixaylovun olduğu "Rusiyanın 50 ən yaxşı məşhurları" reytinqini dərc edir.[10] O, bu siyahıda ilk dəfə olmasına baxmayaraq, altı il ərzində ardıcıl olaraq rus ulduzları siyahısında birinci yeri tutan tennisçi Mariya Şarapovanı birinci yerdən kənarlaşdırır.

Sentyabr ayında Stas Mixaylov Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi yanında İctimai Şuranın tərkibinə daxil edilir.[11]

2011-ci ilin dekabrında Dövlət Kreml Sarayında və Oktyabrski Konsert Salonunda müğənni simfonik orkestrin müşayiəti ilə "Ürəyimi açacağam" akustik proqramını təqdim edir.[12]

2012-ci il fevralın 6-da o, Rusiya Federasiyasının prezidentliyinə namizədBaş nazir Vladimir Putinin etibarlı nümayəndəsi kimi rəsmi qeydiyyata alınır.[13]

26 mart 2013-cü ildə Mixaylov "Joker" albomunu, 2014-cü ildə "1000 addım" albomunu buraxır.

2016-cı ildə Mixaylov "Jara" festivalında iştirak edir və 4 mahnı ifa edir: "Sabah günəş olsa", "Orada", "O qədər içməyəcəyəm", "Sən hər şeysən demək". Elə həmin il "Yol Radiosu Ulduzları" mükafatlandırma mərasimində iştirak edərək, "O qədər içməyəcəyəm", "Sən hər şeysən", "Orada, üfüqdən kənarda", "Gəlin paylaşaq" mahnılarını ifa edir.

2016-cı ilin əvvəlində Stas Mixaylov repçi Ciqan ilə duet treki olan və hit-paradlarda aparıcı yer tutan "Sevgi-Anesteziya" kliöini təqdim edir.[14]

İctimai mövqe, sanksiyalar

[redaktə | mənbəni redaktə et]

2022-ci ildə o, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir.[15] Həmçinin, "Rusiyanın heç vaxt Ukrayna ilə müharibə aparmadığını" qeyd edərək Rusiyanın Ukraynanın "azad edilməsi" ilə bağlı təbliğat hekayəsini dəstəkləyən çıxış edir.[16]

2022-ci ilin martında Latviya Rusiyanın Ukraynaya hücumunu dəstəklədiyi üçün Mixaylovun ölkəyə girişini qadağan edir.[17]

  • 1997 — "Şam"
  • 2002 — "Fədəkarlıq"
  • 2004 — "Sevgi üçün zəng işarələri"
  • 2005 — "Mən sənə gəlirəm"
  • 2006 — "Xəyalların sahilləri"
  • 2007 — "Cənnət"
  • 2008 — "Həyat bir çaydır"
  • 2010 — "Canlı"
  • 2011 — "Yalnız sən"
  • 2013 — "Coker"
  • 2014 — "1000 addım"
  • 2017 — "Sən hər şeysən"
  • 2020 — "Altıncı Hiss"

Konsert albomları

[redaktə | mənbəni redaktə et]
  • 2011 — "Yalnız sən… Kreml Canlı"
  • 2012 — "Ürəyimi açacağam"
  • 2007 — "Hər şey sizin üçün"
  • 2008 — "Gözlənilməz sevgi"
  • 2010 — "Ən yaxşı mahnılar"
  1. "Указ Президента Российской Федерации от 01.04.2022 г. № 176 «О награждении государственными наградами Российской Федерации»". www.kremlin.ru (rus). Kremlin.ru. 1 aprel 2022. 3 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  2. "Стас Михайлов рассказал о своих азербайджанских корнях". Sputniknews.ru (rus). 31 iyul 2017. 22 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  3. Садчиков, Михаил. "Стас Михайлов: «Россия начинается за пределами Садового кольца!»" (rus). «Смена». 2006-12-08. 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-23.
  4. "Золотой граммофон 2009" (rus). 22 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  5. "Список лауреатов премии «Золотой граммофон 2010»" (rus). 21 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  6. "Опрос ВЦИОМ 2010 в номинации «Певец года»" (rus). 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
  7. "Что слушали россияне в 2010 году" (rus). 7 fevral 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  8. "Указ Президента РФ от 29.12.2010 № 1637" (rus). Kremlin.ru. 14 yanvar 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  9. "Путин наградил Стаса Михайлова через два года" (rus). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  10. "50 главных российских знаменитостей по версии Forbes" (rus). 14 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  11. "Стас Михайлов стал общественником" (rus). 12 noyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  12. "«Я открою своё сердце» в БКЗ «Октябрьский»" (rus). 11 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  13. "Постановление ЦИК РФ № 96/767-6, 6 февраля 2012" (rus). 26 dekabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  14. "Стас Михайлов и Джиган показали зрителям «Любовь-наркоз» | EG.RU". EG.RU (rus). 1 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  15. "Кто из знаменитостей поддержал военную операцию на Украине?". ВЗГЛЯД.РУ (rus). 7 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  16. "Стас Михайлов выступил в поддержку спецоперации России на Украине". ВЗГЛЯД.РУ (rus). 24 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  17. "Латвия запретила въезд 25 российским деятелям культуры". www.svoboda.org (rus). 24 oktaybr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.