Stefaniya Turkeviç-Lukiyanoviç (25 aprel 1898, Lvov, Avstriya-Macarıstan İmperiyası – 8 aprel 1977, Kembric, Birləşmiş Krallıq) – Ukraynanın ilk qadın bəstəkarı hesab olunan pianoçu və musiqişünas.[1]
Stefaniya Turkeviç | |
---|---|
ukr. Туркевич-Лукіянович Стефанія Іванівна | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lvov, Avstriya-Macarıstan İmperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Kembric, Birləşmiş Krallıq |
Vətəndaşlığı | Avstriya-Macarıstan İmperiyası |
Milliyyəti | ukraynalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, musiqişünas |
Fəaliyyət illəri | 1920—1977 |
Janr | opera |
Musiqi aləti | piano |
Təhsili |
|
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Stefaniyanın babası-Lev Turkeviç və atası-İvan Turkeviç keşiş idi. Anası Sofia Kormoşiv isə pianoçu idi. Yəni, ailənin bütün üzvləri heç olmasa bir musiqi alətində ifa etməyi bacarırdı. Stefania da piano, arfa və qarmonda sərbəst ifalar edirdi. Bəstəkar Turkeviç sonralar uşaqlığını və musiqiyə olan sevgisini belə təsvir edirdi:
"Hər şeyin mərkəzində fortepianoda ecazkar ifalar edən anam dururdu. Uşaq ikən fortepiano dinləməyi sevirdim. Sonra evimizdə bir salon orkestri yaratdıq. Beləliklə, basda atam, piyanoda anam, çelloda Lyonyo, mən qarmonda, Marika və Zenko skripkalarda. Bundan əlavə, atam ailədə xorun əsasını qoydu. Bunlar musiqi dünyasına ilk addımlarımız idi. Musiqidən söz düşəndə, atam heç vaxt xəsislik etməz və bəhanə gətirməzdi." [2] |
Stefaniya musiqi təhsilinə Vasili Barvinski ilə başlamışdır. 1914-1916-cı illər arasında Vyanada pianoçu Vilem Kurtz ilə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra Lviv Universitetində Adolf Çibinski ilə çalışmağa başlamış və Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi mövzusunda mühazirələrdə iştirak etmişdir.[2]:10
1919-cu ildə Müqəddəs Georgi Katedralində bir neçə dəfə səsləndiriləcək Liturji adlı ilk musiqi əsərini bəstələmişdir.[3]
1921-ci ildə Vyana Universitetindən Qvido Adler və Vyana Musiqi və Səhnə Sənətləri Universitetindən Yozef Marks ilə çalışmış və 1923-cü ildə diplomula təltif edilmişdir.[3]
1925-ci ildə Robert Lisovski ilə evləndi və cütlük Berlinə köçdü. Bu evlilikdən 1927-ci ildə Zoya adlı qızı dünyaya gəldi.[4] İkinci dəfə, İkinci Dünya müharibəsi dövründə İtaliyada İngilis komandanlığı altında həkim olaraq çalışan Nartsiz Lukyanoviç ilə ailə həyatı qurmuşdur.[5]
Berlində yaşadığı dövrdə, 1927-1930-cu illərdə Arnold Şönberq və Frans Şreker ilə çalışmışdır.[2] 1930-cu ildə Praqada Karlov Universitetində təhsilini davam etdirmiş, həmçinin Praqa Konservatoriyasında da çalışmışdır. Bu dövrdə, Musiqi akademiyasında Vitezslav Novakdan bəstəkarlıq təhsili almışdır. 1933-cü ilin payızında fortepiano dərsləri vermiş və Praqa Konservatoriyasında müşaiyətçi kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə "Rus operalarında Ukrayna folkloru" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Ukrayna Azad Universitetindən musiqişünaslıq üzrə doktorluq dərəcəsi almışdır [2]
Lvova qayıtdıqdan sonra, 1934-cü ildən İkinci Dünya Müharibəsinin başlanğıcına qədər Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi və fortepiano dərslərini tədris etmiş və Ukrayna Professional Musiqiçilər Dərnəyinin üzvü olmuşdur.[3]
Sovet İttifaqı Qərbi Ukraynanı işğal etdikdən sonra Stefaniya, 1940-1941-ci illər arasında Lvov Opera Evində xüsusi müəllim, konsert dirijoru və Lvov Konservatoriyasında dosent vəzifələrində çalışmışdır. Konservatoriya Alman işğalı nəticəsində bağlandıqdan sonra Dövlət Musiqi Məktəbində dərs deməyə davam etmişdir. 1944-cü ilin yazında Lvovdan Vyanaya getmişdir.[3] 1946-cı ildə SSRİ-dən Cənubi Avstriyaya ardınca da İtaliyaya mühacirət etmişdir.
Stefaniya 1946-cı ilin payızında Birləşmiş Krallığa köçərək, Braytonda (1947-1951), Londonda (1951-1952), Bristol yaxınlığında yerləşən Berou Qarnidə (1952-1962), Belfastda (1962 –1973) və Kembricdə (1973-cü ildən) yaşamışdır.
1940-cı illərin sonunda bəstəkarlığa qayıtdı. Müxtəlif illərdə Britaniyadakı Ukraynalı icmaların bir sıra konsertlərində pianoçu kimi çıxış etdi. İngilis Qadın Bəstəkarlar və Musiqiçilər Birliyinin üzvü idi.
Stefaniyanın yazdığı "Oksananın ürəyi" operası, 1970-ci ildə bacısı İrenanın bədii rəhbərliyi ilə Kanadanın Vinnipeq şəhərində yerləşən Senteniyal Konsert Salonunda səhnəyə qoyuldu.[6]
Bəstələrinin müasir olmasına baxmayaraq, zaman-zaman Ukrayna xalq mahnılarından bir sıra elementlər ehtiva etdiyi müşahidə edilmişdir . Stefaniya Turkeviç 1970-ci illərdə bəstəkar kimi fəaliyyət göstərmiş, 8 aprel 1977-ci ildə İngiltərənin Kembric şəhərində vəfat etmişdir.