Vasili Barvinski – (20 fevral 1888, Ternopıl, Sisleytaniya – 9 iyun 1963, Lvov) Ukraynalı bəstəkar, pianoçu, musiqişünas və müəllimdir.[2] Barvinski dünya səviyyəsində tanınan ilk Ukrayna bəstəkarlarından biri idi. Əsərləri yalnız Sovet İttifaqında deyil, Vyana, Leypsiq, Nyu-York və Yaponiyada da yayımlanıb.
Vasili Barvinski | |
---|---|
ukr. Василь Олександрович Барвінський | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1963 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | ukraynalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, musiqişünas, müəllim |
Fəaliyyət illəri | 1910–1960 |
Janr | opera |
Musiqi aləti | piano |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasili Barvinski (ukr. Василь Олександрович Барвінський) 1888-ci il 20 fevralda Ukraynanın Ternopol şəhərində doğulub. Atası Aleksandr Barvinski tanınmış pedaqoq, siyasətçi və ictimai xadim idi. 1917-ci ildə Avstriya yuxarı palatasına üzv seçildi. Anası isə müğənni və pianoçu idi. Vasilinin ilk musiqi müəllimi elə anası olub.
Peşəkar musiqi təhsilinə Lvov konservatoriyasında başlayıb. Daha sonra musiqi təhsilinə Praqa şəhərində davam edib. Müəllimləri arasında Vilem Kurtz (piano) və Vitaslav Novak (bəstəkar) olub.[3]
1916–1940-cı illər ərzində Lisenko Ali Musiqi İnstitutunun direktoru olub.[4]
Müəllimliyə başlayanda ilk tələbələrindən biri Stefaniya Turkeviç olub.
Barvinskinin 30–a yaxın əsərləri var. 1948–1958-ci illər ərzində həbsdə olub və əsərlərinin bəziləri məhv edilib. Həbsdən çıxdıqdan sonra məhv edilmiş əsərlərini bərpa etməklə məşğul olub. Bəzi əsərləri itsə də, yaradıcılıq mirasının böyük bir hissəsi qalıb və dünya səviyyəsində ifa olunur.