Stegosauria

Steqozavrlar (stegosauria)-quşçanaqlı dinozavrlar yarımdəstəsi. Yurada və Təbaşir dövrünün əvvəlində yaşamışlar (145–155 mln. il əvvəl). Daha qədim Steqonazavr (stelidozavrlar) ehtimal ki, əsasən dal ayaqları üzərində gəzmiş, sonrakılar isə yenidən dördayaqlı hərəkətə qayıtmışlar. Steqozavr otyeyən, nisbətən kiçik başlı nəhəng heyvan olmuşdur. Beli və quyruğu iri sümük çıxıntılarla örtülübmüş. Qalıqları Şimali Amerika, Qərbi Avropa, Şimali və Şərqi Afrikada (Antarktidadan başqa bütün materiklərdə) tapılmışdır.[1]

Steqozavrlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Steqozavrlar
Beynəlxalq elmi adı
İnsanla müqayisəsi

İlk dəfə steqozavrın (Stegosaurus armatus) qalıqlarları 1877-ci ildə Qofoniil Çarlz Marş tərəfindən Kolorado ştatı, Morrison şəhərinin şimalında aşkar edilmişdir. Ad yunancadan στέγος (dam) və σαῦρος (kələz) götürüldü. Çünki paleontoloq elə hesab etdi ki, dinozavrın kürəyi üçbucaq formalı dama bənzəyir.

Marş elə hesab edirdiki steqozavrlar arxa ayaqları üzərində hərəkət edir, çünki qabaq ayaqlarda məhdudluqlar var idi. Ancaq 1891-ci ildə dinozavrın bədən quruluşunu qiymətləndirdikdən sonra o öz fikrini dəyişdi.

  1. Azərbaycan Sovet Ensiklopediyası, IX cild, səh30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]