Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir.
Stenford həbsxana eksperimenti | |
---|---|
ing. The Stanford Prison Experiment | |
| |
Janr | dram, triller |
Rejissor | Kayl Patrik Alvarez |
Prodüserlər |
Brent Emeri Lizzi Fridmann Karen Lauder Qreq Littl Kristofer Makkuorri |
İcraçı prodüser | Brayan Gerati[d] |
Ssenari müəllifi | Tim Telbott |
Baş rollarda |
Billi Krudap Maykl Anqarano Ezra Miller Oliviya Tirbli Tay Şeridan Keyr Qilkrist Nelsan Ellis |
Bəstəkar | Endrü Hyuit |
İstehsalçılar |
Abandon Pictures Coup d'Etat Films Sandbar Pictures |
Distribütor | IFC Films, Netflix |
İlk baxış tarixi |
26 yanvar 2015 (Sandens) 17 iyul 2015 (ABŞ) |
Müddət | 122 dəq.[1] |
Gəlir | 649.690[2] $ |
Ölkələr | ABŞ |
Dil | ingilis |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Los-Anceles |
IMDb | ID0420293 |
Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır.
Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir. Bunun üçün qəzetdə elan verilir və təcrübə üçün 15 gənc tələbə seçilir. Onlar məhkumlar və mühafizəçilər olmaqla iki qrupa bölünür. 14 günlük həbsxana simulyatorunda onlar gündə 15 $ pul alacaqlar. Saxta həbsxana universitetin psixologiya fakültəsinin binasında, İordaniya zalının zirzəmisində yaradılır. Lakin eksperimentin gedişatında mühafizəçi olanlar özlərini rollarına çox verirlər və məhkum olanlara qarşı aqresiv davranmağa başlayırlar. Məhkum olan iki iştirakçı psixoloji gərginliyə tab gətirməyərək eksperimentdən erkən ayrılır. Nəhayət sevgilisi Kristina Maslaçın da xəbərdarlığı ilə Zimbardo 6 gün sonra eksperimenti dayandırmalı olur.
Stenford həbsxana eksperimenti haqqında film 2002-ci ildə anons edilmişdir. Həmin il Brent Emeri Tim Telbottla film üçün ssenari yazması barədə razılaşmışdır. Bəzi problemlər layihənin düz 12 il gecikməsinə səbəb olmuşdur.[3] 2006-cı ildə eksperiment haqqında iki film istehsalda idi: biri Maverick Films studiyasında olan film, biri də Inferno-nun "Eksperiment" filmi.
19 avqust 2014-cü ildə Sandbar Pictures və Abandon Pictures filmi maliyyələşdirməyə başlamışdır. Kayl Patrik Alvarez rejissor seçilmişdir. Brent Emeri, Lizzi Fridmann, Karen Lauder, Qreq Littl, Kristofer Makkuorri prodüserlər olmuşdurlar.
Əsas çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamış və 21 gün çəkmişdir.
Filmin premyerası 26 yanvar 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur.
Mükafatların siyahısı | |||
---|---|---|---|
Mükafat / Film festivalı | Kateqoriya | Qəbul edən(lər) | Nəticə |
31-ci Sandens Film Festivalı | Böyük jüri mükafatı (ABŞ dramatik) |
Kayl Patrik Alvarez | Namizəd[9] |
Alfred P. Sloan mükafatı | Qazandı[10] | ||
Uoldo Salt Ssenaristlik Mükafatı (ABŞ dramatik) |
Tim Telbott | Qazandı[9] |