Stenli Enn Danhem (29 noyabr 1942[1], Viçita[d], Kanzas[2] – 7 noyabr 1995[1], Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı.
Stenli Enn Dunham | |
---|---|
ing. Stanley Ann Dunham | |
Doğum tarixi | |
Doğum yeri | Viçita, Kanzas, ABŞ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Honolulu, Havay adaları, ABŞ |
Vəfat səbəbi | uşaqlıq xərçəngi[d] |
Dəfn yeri | |
Uşaqları |
Barak Obama (1961) Maya Soetoro-Ng (1970) |
Atası | Stenli Armur Danhem |
Anası | Madelin Dunhem |
Təhsili | Havay Universiteti, fəlsəfə doktoru |
Fəaliyyəti | antropoloq |
Elmi dərəcəsi |
Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı.
Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib.
Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir. Bu təcrübədən istifadə edərək Cakartada Ford fondunun və Pakistanda Asiya İnkişaf bankının məsləhətçisi işləyir. Axırıncı illərində o İndoneziya Rakyat Bankına mikromaliyyələşmə sahəsindəki tədqiqatları məsləhət verirdi.
Oğlu ABŞ prezidenti olduqdan sonra Danhemin elmi yaradıcılığına maraq artıbdır. Son dövrdə Havay Universitetində onun tədqiqatlarına həsr edilimiş simpozium keçirilib; onun İndoneziyada topladığı toxuculuq məmulatları kolleksiyasının ABŞ-də sərgi turnesi keçirilib. 2009-cu ilin dekabrında isə Dyuk Universiteti Dunhamım 1992-cildə müdafiə etdiyi dissertasiya əsasında Əmsal əleyhinə yaşama: İndoneziyada sənaye kəndi.
Barak Obama müsahibələrinin birində anası haqqında deyirdi "O mənim həyatımda həlledici rol oynayıb ... O mənim nümunəmdir. onun qətiyyəti ilə mən siyasətdə hərəkət edirəm.