Stenli Uittingem - (22 dekabr 1941-ci il, Nottingem, İngiltərə)[1] - litium-ion batareyalarının yaradıcılarından biri olan Britaniya-Amerika kimyaçısıdır. Con Qudenaf və Akira Yosino ilə birlikdə 2019-cu il Kimya üzrə Nobel Mükafatı laureatı.
ABŞ Milli Mühəndislik Akademiyasının üzvü (2018il).[2][3]
S.Uittingem 22 dekabr 1941-ci ildə İngiltərənin Nottingem şəhərində anadan olub.[4][5] O, 1951-1960-cı illərdə əvvəl Stamford məktəbində sonra Oksforddakı Nyu Kollecdə kimya üzrə təhsil almışdır. Oksford Universitetində o, 1964-cü ildə bakalavr, 1967-ci ildə magistr və 1968-ci ildə fəlsəfə doktoru dərəcələrini almışdır.[6] Aspiranturanı bitirdikdən sonra S.Uittingem Stanford Universitetində tədqiqatçı oldu.[7] 1972-1984-cü illərdə Exxon Araşdırma və Mühəndislik Şirkətində işləyib. Sonra 4 il Schlumberger-də çalışıb. Daha sonra Binghemton Universitetində professor oldu.
S.Uittingem litium-ion batareyalarının tədqiqatçılarından biridir, xüsusən də elektrodların interkalasiyası konsepsiyasını [8] inkişaf etdirmişdir. O, bu mövzunu neft şirkətlərində işləyərkən öyrənməyə başlayıb.
1994-2000-ci illərdə Binghemton Universitetində elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. O, həmçinin altı il Nyu-York Dövlət Universitetinin Tədqiqat Fondunun sədr müavini vəzifəsində çalışıb. O, Bingemton Universitetində kimya, materialşünaslıq və mühəndislik üzrə fəxri professordur. 2017-ci ildə S.Uittingem NAATBatt International-ın baş elmi işçisi təyin edildi. S.Uittingem 2007-ci ildə kimyəvi enerjinin saxlanması üzrə DOE tədqiqatına həmsədrlik etmişdir [9] və Binghamtonda ABŞ Enerji Departamentinin Enerji Sərhəd Tədqiqat Mərkəzi (EFRC) Kimyəvi Enerji Saxlama üzrə Şimal-Şərq Mərkəzinin (NECCES) direktorudur. 2014-cü ildə NECCES 21-ci əsr iqtisadiyyatını qurmaq üçün lazım olan elmi nailiyyətləri sürətləndirmək üçün ABŞ Enerji Departamentindən 12,8 milyon dollar almışdır. 2018-ci ildə NECCES, b
S.Uittingem 1971-ci ildə Elektrokimya Cəmiyyətinin Gənc Müəllif Mükafatını, 2003-cü ildə Batareya Tədqiqat Mükafatını [10][11] aldı və 2004-cü ildə "Elektrokimya Cəmiyyətinə" üzv seçildi.[12] 2010-cu ildə Greentech Media onu yaşıl texnologiyaların inkişafına verdiyi töhfələrə görə Ən Yaxşı 40 İnnovatordan biri adlandırdı.[13]
2012-ci ildə S.Uittingem litium batareya materiallarının tədqiqatına ömürlük töhfələrinə görə IBA Yeager Mükafatını aldıvə 2013-cü ildə Material Tədqiqat Cəmiyyətinin üzvü seçildi.[14] O, Con Qudenaf ilə birlikdə Thomson Reuters-in 2015-ci ildə Kimya üzrə Nobel Mükafatı üçün Clarivate Citation alanlar siyahısına daxil edilmişdir.[15][16] 2018-ci ildə S.Uittingem "enerji saxlama materialları üçün interkalasiya kimyasının qabaqcıl tətbiqinə görə" Milli Mühəndislik Akademiyasına seçildi.[17] 2019-cu ildə S.Uittingem, Con Qudenaf və Akira Yosino ilə birlikdə "Litium-ion batareyalarının inkişafına görə" 2019-cu ildə Kimya üzrə Nobel Mükafatına layiq görüldü.
Stenli Uittingem Osveqodakı Nyu York Dövlət Universitetində ispan dili professoru olan doktor Corcina Uittingem ilə evlidir. Onun Maykl Uittingem və Cennifer Uittingem -Brace adlı iki övladı var.[18][19]
- 2007-ci il-Elmi və Yaradıcı Fəaliyyətdə Mükəmməlliyə görə Kansler Mükafatı və Görkəmli Tədqiqat Mükafatı, Nyu York Dövlət Universiteti [20]
- 2010-cu il- Amerika Kimya Cəmiyyətinin Ömür Boyu Töhfə Mükafatı [21]
- 2015-ci il- Thomson Reuters Sitatı Mükafatının qalibi [22]
- 2017-ci il- Beynəlxalq Bərk Cisim İonik Cəmiyyətinin Baş Alim Mükafatı [23]
- 2018-ci il- Material Tədqiqat Cəmiyyətindən [23] Ternbulla Mükafatı [24]
- 2018-ci il-Milli Mühəndislik Akademiyası Təqaüdçüsü [25]
- 2019-cu il Kimya üzrə Nobel Mükafatı Con Qudenaf və Akira Yosino ilə birlikdə [26]
- 2020-ci il-Nyu-Yorkun Karnegi Korporasiyasından Böyük Mühacir Mükafatı [27]
- 2023-cü il- Martin Green, Rəşid Yazami və Akira Yesino ilə VinFuture Böyük Mükafatı [28]
- 2024-cü il- Cəngavərə həsr olunmuş Kralın 2024-cü il doğum günü mükafatı, "Kimya sahəsində xidmətlərinə görə" [29]
- ↑ M. Stanley Whittingham // Brockhaus Enzyklopädie (нем.)
- ↑ Dr. M. Stanley Whittingham Архивная копия от 9 октября 2019 на Wayback Machine
- ↑ Binghamton University professor elected to National Academy of Engineering Архивная копия от 22 августа 2019 на Wayback Machine (англ.)
- ↑ "Стэнли Уиттингем, доктор философии". Маркиз Кто есть кто Лучшие педагоги. 23 января 2019 г. Архивировано изоригинала10 октября 2019г. Получено 10 октября 2019г.
- ↑ "M. Stanley Whittingham: Facts" . Nobel Foundation . Получено 20 октября 2019 .
- ↑ "Dr. M. Stanley Whittingham".Binghamton University. Архивировано изоригинала22 августа 2019. Получено 22 августа 2019
- ↑ Ярош, Райан (9 октября 2019 г.)."Профессор университета Бингемтона получил Нобелевскую премию по химии". Университет Бингемтона. Получено 10 октября 2019 г
- ↑ "Награды" . Международная ассоциация аккумуляторных материалов . Получено 10 октября 2019 г
- ↑ Десмонд, Кевин (16 мая 2016 г.). Новаторы в области аккумуляторных технологий: профили 93 влиятельных электрохимиков . Джефферсон, Северная Каролина: McFarland. стр. 240. ISBN 9780786499335. Получено 10 октября 2019 г
- ↑ "Премия Нормана Хакермана для молодых авторов" . Электрохимическое общество . Архивировано из оригинала 22 августа 2019 года . Получено 22 августа 2019 года
- ↑ "Battery Division Research Award" . Электрохимическое общество. Архивировано из оригинала 22 августа 2019 года . Получено 22 августа 2019 года
- ↑ "Член Электрохимического общества" . Электрохимическое общество . Получено 10 октября 2019 г
- ↑ Канеллос, Майкл (20 апреля 2010 г.). «Зал славы Greentech» . Greentech Media . Получено 10 октября 2019
- ↑ "2013 MRS Fellows" . Materials Research Society . Архивировано из оригинала 10 октября 2019 . Получено 10 октября 2019
- ↑ Профессор Бингемтона признан за исследования в области энергетики".Исследовательский фонд Государственного университета Нью-Йорка. Получено 10 октября 2019 г
- ↑ Маккоф, Александра."Профессор химии BU назван претендентом на Нобелевскую премию".Pipe Dream. Получено 10 октября 2019г
- ↑ Dr. M. Stanley Whittingham" . Национальная инженерная академия . Получено 10 октября 2019
- ↑ "Лауреат Нобелевской премии 2019 года: доктор М. Стэнли Уиттингем рассказывает о премии, влиянии и батареях" . Binghamton Press & Sun-Bulletin . Получено 12 октября 2019 г
- ↑ "Профиль факультета, Современные языки: Джорджина Уиттингем" . Государственный университет Нью-Йорка в Освего . Получено 1 января 2020 г
- ↑ 2 мая 2007 г. Архивировано из 22 марта 2020 г. Получено 2019 г
- ↑ "Стэнли Уиттингем, доктор философии". Маркиз Кто есть кто Лучшие педагоги. 23 января 2019 г. Архивировано изоригинала10 октября 2019г. Получено 10 октября 2019г
- ↑ Маккоф, Александра."Профессор химии BU назван претендентом на Нобелевскую премию".Pipe Dream. Получено 10 октября 2019г
- ↑ "Проф. М. Стэнли Уиттингем" . internationalsocietysolidstateionics.org . Получено 27 октября 2019 г.
- ↑ "Стэн Уиттингем выбран на премию Дэвида Тернбулла за лекции 2018 года" . Бюллетень MRS . 43 (11): 871. Ноябрь 2018 г. doi : 10.1557/mrs.2018.273 . ISSN 0883-7694
- ↑ "Dr. M. Stanley Whittingham" . Сайт NAE . Получено 27 октября 2019 г.
- ↑ "Объявление о присуждении Нобелевской премии по химии". Нобелевская премия. Получено 9 октября 2019 г
- ↑ "Нобелевский лауреат по химии М. Стэнли Уиттингем включен в список "Великих иммигрантов, великих американцев" за 2020 год - Binghamton News" . Новости - Binghamton University . Получено 25 июня 2024 г.
- ↑ Нху, Куинь (21 декабря 2023 г.). «Исследователи аккумуляторов выиграли вьетнамские награды на сумму 3 млн долларов» . VnExpress
- ↑ "№ 64423" . The London Gazette (Приложение). 15 июня 2024 г. стр. B2.