Stepan Maynaqaşev (8 yanvar 1886 və ya 1886[1] – 29 aprel 1920 və ya 1920[1]) — xakas mənşəli türkoloq. Rusiya imperiyasındakı etnoqraf xakas ədəbi dilinin yaradıcısıdır. Xakas əlifbasının banisi. Sosialist, populist siyasi fəal.
Stepan Maynaqaşev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yeniseysk quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Minusinsk, Krasnoyarsk diyarı, Rusiya |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | Xakas |
Fəaliyyəti | etnoqraf, ictimai xadim, siyasətçi |
Partiyası | |
Tanınır | Xakas siyasi lideri, Xakas əlifbasının yaradıcısı |
Maynaqaşev |
1886-cı ildə Aşıs Bozkır Bələdiyyəsi Məclisinə bağlı olan Iresov (Xakasça: İres aal) kəndində anadan olmuşdur. Xakas türkləri arasında sagay türklərinin bir etnik qrupu olan Tomlar tayfasındandır.
1906-1907-ci illər arasında Krasnoyarsk Ruhban məktəbində işləmiş;
1907-1910-cu illərdə Asxıs yerli məclisin üzvü olmuş;
1910-1911-ci illərdə Tomsk universitetində təhsil almışdır.
Mərkəzi və Şərqi Asiya Tədqiqat Komitəsinin göstərişi ilə 1913-1914-cü illərdə Xakasiyada tədqiqatlar aparmışdır. Tədqiqatlarının məqsədi xakas ləhçələrini öyrənmək idi. Tədqiqatının nəticələri Mərkəzi və Şərqi Asiya üzrə Tədqiqat Komitəsi tərəfindən dərc edilmişdir.[2][3]
Stepan Maynaqaşev xakas türklərinin "şamanist" adətlərini, ənənəvi həyat tərzlərini qələmə almaqla xakas türklərinin adət-ənənələrinin yox olmasının qarşısını aldı və bu tərtib edilmiş materiallar sayəsində ümumiyyətlə Türk mədəniyyətinə xidmət etdi.