Stepanos Taronetsi

Stepanos Taronetsi, həmçinin Stefan Taronlu və ya Stepanos Asoğik (erm. Ստեփանոս Տարոնացի (Ասողիկ)) — X–XI əsrlərdə yaşamış erməni tarixçisi. Asoğik ləqəbi "danışqan" deməkdir. 1004-cü ilə qədərki hadisələri əhatə edən "Ümumi tarix" əsərinin müəllifidir.

Stepanos Taronetsi
erm. Ստեփանոս Ասողիկ
erm. Ստեփանոս Տարոնեցի
Doğum tarixi X əsr
Vəfat tarixi XI əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samuel Kamrcadzoretsinin tələbəsi idi. Onun "Ümumi tarix" əsəri mötəbər və yaxşı ifadə olunmuş əsər hesab edilir.[1] 1004-cü ildə və ya 1005-ci ilin ilk aylarında tamamlamışdır.[2] Onun əsərinin ilk iki hissəsi əsərin əvvəlində adlarını sadaladığı əvvəlki tarixçilərin əsərlərinin məcmuəsindən ibarətdir, üçüncü hissə isə Pakraduni sülaləsinə həsr olunmuşdur və Ermənistanın 118 illik tarixini əks etdirir. Tarixin son hissəsi Stepanos tərəfindən şahid kimi işıqlandırılır. Stepanos Taronetsi güclü kral hakimiyyətinin və ölkənin birləşməsinin tərəfdarı olmuşdur. Əsərdə Ermənistanın tarixindən əlavə, knyaz I Vladimir dövründə RusBizans münasibətləri haqqında məlumatlar var.[3]

  1. Armenian literature Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine — статья из Британской энциклопедии
  2. Tim Greenwood. The Universal History of Step'anos Tarōnec'i: Introduction, Translation, and Commentary. Oxford University Press. 2017. 1. "Arxivlənmiş surət". Archived from the original on 2018-11-08. İstifadə tarixi: 2023-01-21.
  3. Michael E. Stone. Adam and Eve in the Armenian Traditions, Fifth through Seventeenth Centuries. Early Judaism and its literature, 38. Society of Biblical Lit. 2013. 693. "Arxivlənmiş surət". Archived from the original on 2015-04-18. İstifadə tarixi: 2015-04-09.