Stesaqor

Stesaqor (q.yun. Στησαγόρας) — eramızdan əvvəl V əsrin sonunda Frakiya Xersonesosun tiranı.

Filaidlər nəslindən olan I Kimonun böyük oğlu. Əmisi Frakiya Xersonesosun tiranı Miltiadın yanında böyümüşdür.[1]

Övladı olmayan Miltiadın varisi oldu və əmisinin Lampsak ilə başlatdığı müharibəni davam etdirdi və bu konflikt ərzində qətlə yetirildi. Özünü fərari göstərən lampsakiyalı onu Pritaneydə balta ilə öldürdü.[2]

Hökmdarlıq etdiyi illər tam olaraq bilinmir. Ehtimal olunur ki, o, Kimonun vəfatından sonra yəni eramızdan əvvəl 528/527-ci ildən tez olmayaraq tiran oldu, vəfatı isə e.ə. 515/514-cü ilərdən gec olmayaraq baş vermişdir.[3]

Onun əvəzinə Pisistratidlər kiçik qardaşı Miltiadı göndərdilər. Xersonesosa çataraq, Miltiad yarımadadakı yunan icmalarının liderlərini Stesaqorun dəfn edilməsinə çağırdı, sonra isə onları ələ keçirdi və bütün Xersonesos üzərində tiran hökmranlığını qurdu.[4][5]

  1. Herodot. III, 103
  2. Herodot. III, 38
  3. Суриков, 2011. səh. 39
  4. Herodot. III, 39
  5. Берве, 1997. səh. 105
  • Берве Г. Тираны Греции. Ростов-на-Дону: Феникс. 1997. ISBN 5-222-000368-X.
  • Суриков И. Е. Геродот и Филаиды // Аристей: Вестник классической филологии и античной истории. Т. 3 (PDF). М. 2011.