I Kimon

I Kimon və ya Kimon Koalem (q.yun. Κίμων Κοάλεμος; e. ə. VI əsr, Afinagüm. e. ə. VI əsr, Afina) — Filaidlər ailəsindən olan Afina aristokratı, üç qat Olimpiya mükafatçısı, Pisistratidlərin əmri ilə öldürülmüşdür. Kiçik Miltiadın atası.

I Kimon
q.yun. Κίμων Κοάλεμος
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi güm. e. ə. VI əsr
Vəfat yeri
Uşaqları Stesaqor
Miltiad
Atası Stesaqor
Fəaliyyəti atlet
Mükafatları Olimpiya oyunları qalibi (təxminən, e.ə. 536, 532 və 528-ci illərdə və ya 532, 528 və 524-cü illərdə

Kimon Attikanın ən qədim, varlı və güclü ailələrindən olan aristokratik Filaidlər ailəsindən idi. Filaidlərin əcdadı Zevsin oğlu Eak və oğlu Filey tərəfindən Troya müharibəsi iştirakçısı Ayaks Telamonid sayılırdı.[1] Kimon Stesaqorun oğlu və Frakiya Xersonesosun tiranı Böyük Miltiadın anadan bir-atadan ayrı qardaşı idi.[2] Bir fərziyyəyə əsasən, ana tərəfindən Kimon başqa Miltiadın nəticəsi idi, hansı ki e.ə. 664/663 və ya 659/658-ci illərdə Afina arxontu idi.[3]

Tədqiqatçılar Kimonun doğum tarixini təxminən eramızdan əvvəl 580 ilə 570-ci illər arasında qeyd edirlər. Onun həyatı haqqında məlumatlar Herodotun "Tarix" əsərində yer alıb.[4] Pisistratın tiraniyası zamanı (təxminən e.ə. 546-cı ildən sonra[5]) Kimon Afinadan qovuldu və ya qardaşı kimi könüllü surətdə doğma şəhərini tərk etdi.[6][7] Sürgündə olarkən o, araba yarışları (tetripp) üzrə Olimpiya oyunlarında qalib gəldi və bununla da qardaşının uğurunu təkrarladı. Daha sonra Kimon yenidən yarışlarda birinci oldu, ancaq bu dəfə qələbəsini Pisistrata bağışladı; o da öz növbəsində təşəkkür rəmzi kimi Kimonun Afinaya qayıtmasına icazə verdi.[8][3]

Kimon artıq üçüncü dəfə Olimpiada yarışlarında qalib gəldi, özdə Herodotun sözlərinə görə, hər üç qələbə eyni qoşum ilə qazana bilmişdir. Kimon bu uğuru qazanan spartalı Yevaqradan sonra ikinci olimpiyadaçı oldu. Pisistratın ölümündən sonra tiranın oğulları HipparxHippias tərəfindən göndərilən insanlar gecə pritaney yaxınlığında pusqudan Kimona hücum etdilər və qətlə yetirdilər.[9] Cəsədi "Kela üzərindən" adlanan küçənin arxasında, Melit darvazasının önündə dəfn edilmişdir, üzbəüz yerləşən yerdə isə atları basdırılmışdı.[8][10][11][3]

Tədqiqatçıların fikrincə, Kimonun taleyində həlledici rolu onun üçüncü olimpiya qələbəsindən tiranın xeyrinə imtina etməməsi oynamışdır. Buna görə, atalarının ölümündən sonra ilk illərdə özlərini qətiyyətsiz hiss edən və bütün potensial təhdidləri məhv etməyə çalışan Pisistratidlər üçün böyük təhlükə yaradırdı.[12] Olimpiya oyunları və Kimonun vəfatının dəqiq tarixləri məlum deyil. Bir çox alimin fikrincə, Filaid Pisistrat ölümündən qısa müddət sonra, yəni e.ə. 528/527-ci ildə öldü; bu halda o, eramızdan əvvəl 536, 532 və 528-ci illərin oyunlarında qələbə qazanmışdır.[3] Vəfat tarixinin e.ə. 524-cü ildə baş verdiyini dəstəkləyən fikirlər də mövcuddur.[13][6]

Klavdi Elian Afinada saxlanılan Kimona məxsus olmuş madyanlara mis təsvirləri barədə qeydlər aparmışdır.[14]

Plutarx iddia edir ki, Kimon sadəlövhlüyünə görə Koalem (Κοάλεμος, "ağılsız" və ya "sadədil") ləqəbini almışdır.[15] Lakin Herodot nə bu ləqəb, nə də Kimonu axmaq göstərəcək heç bir hadisə və ya cəhət haqqında yazmayıb. Ola bilsin ki, bu Filaidə ona görə ləqəb verilmişdir ki, o, var-dövləti və zadəganlığından məmləkətindəki lider mövqeləri ələ keçirmək üçün istifadə edə bilməmişdir.[3]

Kimonun iki oğlu var idi, biri Frakiya Xersonesosun tiranı olmuş Stesaqor, ikincisi isə əmisinin şərəfinə adlandırılmış və Marafon döyüşü qəhrəmanı olmuş Kiçik Miltiad idi. Atasının ölümü zamanı birincisi Xersonesosda, ikincisi isə Afinada idi.[8]

  1. Herodot, 2001, VI, 35
  2. Herodot, 2001, VI, 38; 103
  3. 1 2 3 4 5 Владимирская, 2001
  4. Swoboda, 1921, s. 437
  5. Суриков, 2011, s. 37
  6. 1 2 Суриков, 2011, с. 37
  7. Берве, 1997, с. 71
  8. 1 2 3 Herodot, 2001, VI, 103
  9. Берве, 1997, с. 85
  10. Plutarx, 1994, Катон Старший, 5
  11. Swoboda, 1921, s. 438
  12. Суриков, 2011, с. 38
  13. Herodot, 2001, VI, прим. 92
  14. Klavdi Elian, Пёстрые рассказы, IX, 32
  15. Plutarx, 1994, Кимон, 4

Mənbələr və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. Herodot. Tarix. 2001. ISBN 5-86218-353-1.
  2. Klavdi Elian. "Пёстрые рассказы". Сайт "Древний Рим". İstifadə tarixi: 2019-03-10.
  3. Plutarx. Сравнительные жизнеописания. 2. М.: Наука. 1994. ISBN 5-306-00240-4.
  1. Helmut Berve. Тираны Греции. Ростов-на-Дону: Феникс. 1997. ISBN 5-222-00368-X.
  2. Владимирская О. Кимон Коалем / Алкмеониды и Филаиды афинские // Центр Антиковедения СПбГУ. 2001.
  3. İqor Surikov. Herodot и Филаиды // Аристей: Вестник классической филологии и античной истории. Т. 3 (PDF). М. 2011.