Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962[1], Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.[2]
Stiv Karell | |
---|---|
ing. Steve Carell | |
| |
Doğum adı | Steven John Carrell |
Doğum tarixi | 16 avqust 1962[1] (62 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı |
|
Uşağı | 2 |
Fəaliyyəti | aktyor, telerejissor, komediyaçı, televiziya prodüseri[d], xarakter aktyoru[d], ssenarist, kino aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1989-cu ildən |
Mükafatları | |
IMDb | ID0136797 |
Vikianbarda əlaqəli mediafayllar |
Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub.[3] O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur.[4][5][6] Onun dayısı Stenli Koç alim Allen B.[7] DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir.[8] Onun atasının soyadı Karoselli olmuşdur lakin o, 1950-ci illərdə bunu dəyişdirərək Karell etmişdir.[9]
... birthday coming up... 16th [August]... 50 years old...