Ofis (ing. The Office) — ABŞ istehsalı sitkom teleserialı. Uydurma şirkət "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edilir. 24 mart 2005-ci ildən 16 may 2013-cü il tarixinədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir.[1] Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC kanalında yayımlanan Britaniya serialı The Office əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb.
Ofis | |
---|---|
The Office | |
Janr | komediya, sitkom |
Əsaslanır | Eyniadlı Böyük Britaniya serialına |
İlk baxış tarixləri | 24 mart 2005 - 16 may 2013 |
Rejissor |
|
Rollarda |
|
Montajçı |
Devid Rocers |
İstehsalçı ölkə | ABŞ |
Studiya | Deedle-Dee Productions |
Dil | ingilis dili |
Mövsüm sayı | 9 |
Seriya sayı | 201 |
Davametmə müddəti | 22-42 dəqiqə |
IMDb | ID0386676 |
Format | 1080i (HDTV) |
nbc.com/the-office/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında yayımlanıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Karell, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizdolarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir. Ed Helms, Rəşidə Cons, Emi Rayan, Mindi Kalinq, Kreyq Robinson, Ceyms Speyder, Elli Kemper və Ketrin Teyt kimi orijinal əsas heyətdən kənar bir neçə məşhur ulduz şouya qoşulub.