Stramonium foetidum

Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü.

Adi dəlibəng
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur. Yetişdikdə qutucuq açılır. Toxumları çoxsaylı, tutqun qaradır. Bir toxumun çəkisi 3-3,5 mm, 2,5-3 mm və 1,5-2 mm-dir. 1000 toxum isə 5-8 qramdır. Bir qutucuqda 500-800 ədəd, bir bitkidə 25-45 min toxum yetişir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisidir. Gövdəsi hündür, şirəli, qifabənzər, çılpaq, daxili içiboş olub, çəngələbənzərdər. Xoşagəlməz iyə malikdir. Kökləri mil və ya budaqlı olur. Yarpaqları qısasaplaqlı, iri, növbəli, yumurtayabənzər, girintili-çıxıntılı-dişcikli demək olar ki, qanadlıdır. Çiçəkləri iri, tək, qısa ayaqcıqlı, haçaşəkilli gövdə və yarpaqları vardır. Çiçək tacı ağ 5 dişcikli, qıfabənzərdir. Meyvəsi 4 yuvalı, 4 laylı və sıx örtüklü qutucuqdan ibarətdir.

Mədən ətraflarında və alaq otları içərisində, küçələrdə, zibilli yerlərdə, yol, bağ, bostan ətraflarında yaşayır. Əsasən ləklərdədağınıq şəkildə yayılır.

Çiçəkləməyə yaxın dövrdə toplanılmış mədəni ot bitkisi olan dəlibəngin yarpaqları keyfiyyətli xammal və dərmandır. Təkrar toplama 1-2 ildən sonra mümkündür. Bu bitki zəhərli olduğundan onu topladıqda oldquqca ehtiyatlı olmaq lazımdır. Rütublətli və soyuq havada toplamaq olmaz. Yarpaqları çiçəkləmədən meyvə yetişənə qədər, quru, açıq havada toplanılmalıdır. Əlcəklə saplaqsız toplanılmalıdır. Toplanılan xammal açıq, kölgəli, ventiliyasiyalı naveslərdə, çardaxda 2-3 sm qalınlığında 5-7 gün və ya 40ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Quru xammalın çıxım faizi 12-14% olur.

Spesifik kəskin iyli, yarpaqları rütubət qəbuledici, dadı müəyyən olunmayan, xammalı isə zəhərlidir.

Quruducu şkafda qurudulduqdan sonra yarpaqlar quru havalı saxlanılma məntəqələrində saxlanılmalı, xırdalandıqdan sonra qablaşdırmaq lazımdır. Baxmayaraq ki, bu bitki əlcəklə toplanılır, iş qurtardıqdan sonra əllər diqqətlə yuyulmalıdır. Saxlanılma müddəti 2 ildir. Xammal B siyahısında saxlanılır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bütün orqanların tərkibində alkaloidlər (tropan sırası), hiosçiamin, aşağı dozalarda atropin və skopolamin tapılmışdır. Tərkibində az miqdarda skopolamin, atropin, apoatropin, belladonin bəzən isə uçucu birləşmələr vardır. Az miqdarda alkoloidlər kök və yarpaqlarında, 0,23-0,35% gövdələrində 0,06-0,2%, köklərində 0,12-0,27% alkoloidlər tapılır. Alkoloidlərdən başqa yarpaqlarında aşı maddələri və karotinoidlər tapılmışdır. Toxumlarında 17-25% piyli yağlar vardır. Çiçəkləri yaşıl, zəif iyli olub, dadı təyin edilməmişdir.

Spazmalotik, M-xolinoblakatr və yerli keyləşdirici dərmanlar.

Bağırsağın, bronxların saya əzələlərini genişləndirir, ödyolu, sidikyolu əzələlərini boşaldaraq spazmı aradan götürür. Vəzi şirəsini ifrazını tormozlayaraq tər, mədəaltı və mədə şirəsini azaldır. Tənəffüs mərkəzini oyadaraq tonuslandırır. Azan sinirin fəaliyyətini azaldır.

Yarpaqlarından astma əleyhinə hazırlanan qarışıqdan "astmatol" və siqaret kimi "astmatin" bronxial astma xəstəliyinin müalicəsində yaxşı təsir göstərir.

Qara torpaq sahələrində, yolların kənarında bitir. Quru yerlərə üstünlük verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Tərkibində toksiki, zəhərli maddələr vardır. Cicəkləmə müddətində dekorativ görünür.

  • Datura bernhardii Lundstr.
  • Datura bertolonii Parl. ex Guss.
  • Datura cabanesii P.Fourn.
  • Datura capensis Bernh.
  • Datura ferocissima Cabanès & P.Fourn.
  • Datura ferox Nees [Illegitimate]
  • Datura hybrida Ten.
  • Datura inermis Juss. ex Jacq.
  • Datura laevis L.f.
  • Datura loricata Sieber ex Bernh.
  • Datura lurida Salisb.
  • Datura microcarpa Godr.
  • Datura muricata Godr. [Illegitimate]
  • Datura parviflora Salisb.
  • Datura praecox Godr.
  • Datura pseudostramonium Sieber ex Bernh.
    • Datura stramonium var. canescens Roxb.
    • Datura stramonium var. chalybaea W.D.J.Koch
  • Datura stramonium f. godronii (Danert) Geerinck & Walravens
    • Datura stramonium var. gordonii Danert
  • Datura stramonium f. inermis (Juss. ex Jacq.) Hupke
    • Datura stramonium var. inermis (Juss. ex Jacq.) Fernald
    • Datura stramonium var. stramonium stramonium
    • Datura stramonium var. tatula (L.) Decne.
  • Datura stramonium f. tatula (L.) B.Boivin
    • Datura stramonium var. tatula (L.) Torr.
  • Datura tatula L.
  • Datura wallichii Dunal
  • Stramonium foetidum Scop.
  • Stramonium spinosum Lam.
  • Stramonium vulgatum Gaertn.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 179.