Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan)

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAMAzərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).[3]

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Yaranma tarixi 12 noyabr 2007[1]
Ləğvolma tarixi 14 yanvar 2019
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı şəhəri
Sədr Fərhad Məmmədov

e-mail ünvanı: [email protected]
[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub.[4]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.[5]

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.[6]

  1. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında [ölü keçid]
  2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
  3. "Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları". 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
  4. Prezident idarəetmədə ciddi struktur islahatlarına başladı Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine virtualaz.org
  5. https://az.trend.az/azerbaijan/politics/1130393.html
  6. "Strateji Araşdırmalar Mərkəzinin missiyası". 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]