Gülşən Paşayeva

Gülşən Məmmədəli qızı Paşayeva (1 avqust 1961, Bakı) — Azərbaycan alimi, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində mütəxəssis, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü (2019-cu ildən),[1] Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı.[2]

Gülşən Paşayeva
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsi13 saylı Xəzər ikinci
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1961(1961-08-01) (63 yaş)
Doğum yeri
Təhsili
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d] (19781983),
  • Merilend Universiteti (19951995),
  • Fletçer Hüquq və Diplomatiya Məktəbi[d] (19981999)
Fəaliyyəti tədqiqatçı, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d] (1990)
Elmi adı

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülşən Məmmədəli qızı Paşayeva 1 avqust 1961-ci ildə Bakı şəhərində, tarixçi alim, professor Məmmədəli Paşayevin ailəsində anadan olmuşdur.[3] O, 1978-ci ildə Bakı şəhərindəki 159 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinə Struktur və tətbiqi dilçilik ixtisası üzrə qəbul olmuş və bu ali məktəbi 1983-cü ildə bitirmişdir.[1][4]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Paşayeva 1996-cı ildə Azərbaycanda "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı qeyri-hökumət təşkilatını təsis etmiş və 2001-ci ilə qədər ona rəhbərlik etmişdir.[5] 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (hazırda BMT Qadınlar Təşkilatı) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olmuşdur.[1]

O, 2009-cu ilin iyulundan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, 2011-ci ilin yanvarında isə bu mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilmişdir.[1][6]

1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində 13 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür.[7] Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə o, seçicilərin 48,5 faizinin səsini qazanaraq öz dairəsində lider olub.[7][8] 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən keçirilmiş seçkilərin nəticəsi təsdiqlənmiş və Paşayeva Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.[2] 30 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,[9] Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinın[10] və Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının[11] üzvü seçilmişdir. O, Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin[12]Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının[13] üzvüdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Moskvadakı ali təhsilini başa vuraraq Azərbaycana geri qayıtdıqdan sonra o, 1983–2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent kimi işləyib. Paşayeva əyani aspiranturanı qurtardıqdan sonra namizədlik dissertasiyasını müdafiə etmiş və 1990-cı ildə "Dilçilik nəzəriyyəsi" ixtisası üzrə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.[1][5]

Paşayeva münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşmışdır. O, 1995-ci ilin avqust–dekabr aylarında ABŞ-nin Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin təşkil etdiyi "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" adlı proqramda, 2000-ci ilin iyun–iyul aylarında Avstriyanın Ştatşlayninq şəhərində yerləşən Sülh və Münaqişələrin həlli üzrə Avstriya tədqiqat mərkəzinin "Vasitəçilik" mövzusu üzrə təşkil etdiyi təlimdə, 2001-ci ilin aprel–may aylarında isə İsveçin Uppsala Universitetinin Sülh və Münaqişələrin Tədqiqatı üzrə Mərkəzinin münaqişələrin həlli ilə bağlı keçirdiyi təlimdə iştirak etmişdir.[1]

Azərbaycanın bir neçə dövlət və özəl universitetlərində "Regional münaqişələr", "Danışıqlar prosesi", "Vasitəçilik" fənlərini tədris etmiş və 1998-ci ilin oktyabrından 1999-cu ilin aprelinədək Fulbrayt proqramı xətti ilə ABŞ-nin Tafts Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində münaqişələrin həlli texnikasına və danışıqlar prosesinə dair tədqiqatlar aparmışdır.[5][14]

1996–2024-cü illər ərzində dünyanın müxtəlif ölkələrində keçirilmiş 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib. O, 130-dən artıq elmi-publisistik məqalənin, "Müxtəlif sistemli dillərdə cinsin ifadə vasitələri" adlı monoqrafiyanın müəllifi və ikisi xaricdə çap edilməklə ümumilikdə üç kitabın ("The EU Eastern Partnership: Common framework or Wider Opportunity?" (2012)[15], "Cooperation in Eurasia: Linking Identity, Security, and Development" (2016)[16] və "Trapped between War and Peace: The Case of Nagorno-Karabakh" (2017)[17]) həmredaktorudur.

Gülşən Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2017-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[18]

  1. 1 2 3 4 5 6 "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvləri". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  2. 1 2 "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2024-09-21. 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
  3. "Gülşən Paşayevanın ata və anası eyni gündə vəfat etdi". Qafqazinfo. 27 fevral 2018. 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  4. "Gülşən Paşayeva: Sovet dövründə Ulu Öndər sayəsində xaricdə təhsil imkanı əldə etmək böyük xoşbəxtlik idi". 2 may 2023. 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  5. 1 2 3 "Gülşən Paşayeva: Zaman bizdən yeni ideyalar və yeni yanaşmalar tələb edir". 1news.az (az.). 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  6. "G.M.Paşayevanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında". e-qanun.az. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  7. 1 2 "Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər". Qafqazinfo. 2 sentyabr 2024. 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  8. "Dairələr üzrə lider namizədlər". Mərkəzi Seçki Komissiyası. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  9. "Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında" (PDF). Azərbaycan Respublikasının Milli Məclisi (az.). 30.09.2024.
  10. "Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında" (PDF). Azərbaycan Respublikasının Milli Məclisi (az.). 30.09.2024.
  11. "Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında" (PDF). Azərbaycan Respublikasının Milli Məclisi (az.). 30.09.2024.
  12. "Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsi". Azərbaycan Respublikasının Milli Məclisi (az.). 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-09.
  13. "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası". Azərbaycan Respublikasının Milli Məclisi (az.). 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-09.
  14. "Fulbright Visiting Scholar Program". 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  15. "The EU Eastern Partnership: Common framework or Wider Opportunity?". egeaeditore.it. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2024.
  16. "Cooperation in Eurasia: Linking Identity, Security, and Development" (PDF). ispionline.it. İstifadə tarixi: 12 avqust 2024.
  17. "Trapped Between War and Peace: The Case of Karabakh". jamestown.org. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2024.
  18. "Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 10 noyabr 2017. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]