Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi — dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən Azərbaycan Respublikasının publik hüquqi şəxsi.[1] Bakı şəhərində yerləşir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi | |
---|---|
Növü | publik hüquqi şəxs |
Yaranma tarixi | 6 fevral 2019 |
Rəsmi dili | |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan Respublikası |
Qurucusu | Azərbaycan Respublikasının Prezidenti |
Sədr | Fərid Şəfiyev |
Mərkəz Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmışdır[2].
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il tarixli, 652 nömrəli Fərmanı ilə "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi" təsdiq edilmişdir[3].
Mərkəzə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri edir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri[4] Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir[5].
Mərkəzə ümumi rəhbərlik və nəzarət üç üzvdən ibarət olan İdarə Heyəti tərəfindən həyata keçirilir[3]. Mərkəzin fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edilir[3].
Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə etdiyi gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır[3].
Mərkəzin ilkin nizamnamə fondu 100 min manatdır[3].