Strelets edamının sabahı

Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri

Strelets edamının səhəri
rus. Утро стрелецкой казни
Rəssam Vasili Surikov
Tarixi 1881
Üslubu tarix rəssamlığı
Texnikası Kətan, yağlı boya. 218x379 sm
Ölçüləri 218 sm × 379 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Tretyakov qalereyası, Moskva
İnventar nömrəsi 775
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.