Vasili İvanoviç Surikov (rus. Василий Иванович Суриков; 24 yanvar 1848, Krasnoyarsk — 19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayəndəsi.
Vasili Surikov | |
---|---|
rus. Василий Иванович Суриков | |
| |
Doğum tarixi | |
Doğum yeri | Krasnoyarsk |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Moskva |
Dəfn yeri | |
Milliyyəti | rus |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janrlar | Tarix rəssamlığı, portret |
Stil | realizm |
Tanınmış işləri |
Strelets edamının səhəri Qar şəhərciyinin alınması Boyar arvadı Morozova |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasili Surikov 1848-ci ildə Krasnoyarsk şəhərində kazak ailəsində anadan olmuşdur.
1869-1875-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Təhsil illərində tarixi boyakarlığa müraciət etmiş, akademik incəsənətin şərtiliklərindən uzaqlaşmağa səy göstərmişdir[1]. ("Knyaz məhkəməsi", 1874, Tretyakov qalereyası, Moskva). 1877-ci ildən Moskvada yaşamışdır. Müntəzəm surətdə Sibirə səfərə çıxmışdır, Donda (1893), Volqada (1901-1903), Krımda (1913) olmuşdur. 1883-1884-cü illərdə Almaniya, Fransa, Avstriya, 1897-ci ildə İsveçrə, 1900-cü ildə İtaliya, 1910-cu ildə İspaniyaya səyahət etmişdir. Peredvijniklər cəmiyyətinin və Rus Rəssamları İttifaqının üzvü olmuşdur. Surikov özünün ən məşhur əsərləri olan "Strelets edamının səhəri" (1881), "Menşikov Beryozovoda" (1883), "Boyar arvadı Morozova" (1887; hamısı Tretyakov qalereyasındadır) adlı monumental-tarixi tablolarını çəkir.
Rəssam, əsas iştirakçısı xalq kütləsi olan bu əsərlərdə xalqın gücünü göstərir, qüvvətli xarakterlər yaradır. Surikov novator tipli kompozisiyalarında insan kütləsinin hərəkəti, duyğuların mürəkkəb qamması, hadisələrin dərin daxili mənasını ifadə edir, rənglərin dolğun ahəngkarlığına nail olur, rəng və faktura vasitəsilə obrazın psixoloji xarakteristikasını gücləndirir.
1888-ci ildə arvadı öldükdən sonra Surikov dərin sarsıntı keçirmiş, bir müddət rəssamlıqdan əl çəkmişdir. 1889-1880-cı illərdə Sibirə səfərdən sonra yaratdığı "Qar şəhərciyinin alınması" (1891, Rus muzeyi, Sankt-Peterburq) tablosunda Surikov şən, sağlam və cəsur xalq kütləsinin obrazını ön plana çəkmişdir. 1895-ci ildə çəkdiyi «Suvorovun Alp dağlarından keçməsi» tablosu tarix rəssamlığının görkəmli nümunələrindəndir. İrtica illərində demokratik ənənələrə sadiq qalan Surikov "Stepan Razin" (1903) tablosunu çəkmiş, Puqaçova həsr olunmuş tablo üçün eskiz və rəsm yaratmışdır[2].
Vasili Surikov 19 mart 1916-cə ildə Moskva şəhərində vəfat etmişdir.
Moskva Rəssamlıq Institutuna Surikovun adı verilmiş, Krasnoyarskda ev-muzeyi açılmış və abidəsi (1954, tunc və qranitdən) qoyulmuşdur[3].