Strumarium

Pıtraq (lat. Xanthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Pıtraq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Pıtırqanın müalicəvi xüsusiyyətlərini saxlamaq üçün onun kökü yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Gündə qalıb qıcqırmasın deyə onu duxovkada qurutmaq lazımdır.

Pıtırqan sidikqovucu və tərlədici vasitədir. Xalq arasında onun kökündən hazırlanmış həlimdən istifadə olunur. Sidikqovucu vasitə kimi digər sidikqovucularla birgə işlədilir. Məsələn, diabetdə pıtırqan kökü bərabər hissələrdə götürülmüş paxla qabığı və qaragilə yarpağı ilə birkə işlədilir. Ondan raxitdə, babasildə, revmatizmdə də istifadə olunur.

Revmatizmin müalicəsində bərabər hissələrdə götürülmüş pıtırqan və andız (zökəm otu) köklərindən bişirilmiş həlimdən istifadə edilir.

Revmatizmdə və maddələr mübadiləsinin pozulmasında (dəridə səpkilər əmələ gəldikdə) pıtırqac kökünün həlimini nəinki içmək, həm də isidici kompres kimi xaricə iştlətmək məsləhət görülür. Bu müalicə üsulu uzun çəkən ekzema və xroniki revmatizmdə daha yaxşı nəticə VRrir.

Xroniki qəbizlikdə pıtırqanın tumlarından hazırlanmış həlimi qəbul etmək lazımdır.

Saçların tökülməsinin qarşısını almaq üçün pıtırqan işlədilir. Kökündən hazırlanmış həlimlə saçlar yuyulur, ya da tumundan hazırlanmış məlhəm saçlara çəkilir.

Pıtırqanın təzə əzilmiş kökü daha yaxşı təsir göstərir;

İstifadə qaydası

[redaktə | mənbəni redaktə et]

Kökündən yüngül həlimin hazırlanması

[redaktə | mənbəni redaktə et]

15 q pıtırqan kökü 200 q suda dəmlənir, 20 dəqiqə saxlanır, soyudulub süzülür və gündə 1 xörək qaşığı içilir. Bu, mədə-bağırsaq yolunun fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir.

Pıtırqan tumundan həlim (qarınişlədici vasitə) – 20 q pıtırqan tumu, 200 q sudan yüngül həlim kimi hazırlanır.

Pıtırqan kökündən məlhəm (I)

[redaktə | mənbəni redaktə et]

Əvvəldə göstərdiyimiz həlim suyu yarıbayarı qalana qədər qaynadılır, özü qədər keçi piyi ilə (qızdıraraq) qarışdırılır, bir bardağa tökülüb qapağı bağlanır, qıraqları xəmirlə tutulur, bir neçə saatlığa sobaya qoyulur; bərkimiş kütlədən su boşaldılır (əgər hamısı buxarlanmayıbsa). Bu məlhəm saçların bərkidilməsi üçün yaxşı vasitədir.

Qeyd: quru otlardansa təzə şirə daha yaxşı təsir edir.

Pıtırqan kögündən məlhəm (II)

[redaktə | mənbəni redaktə et]

4 stəkan suya 4 xörək qaşığı pıtırqan kökü tökülüb qaynadılır, onun 1 hissəsinə 4 hissə kərə yağı tökülüb qarışdırılır. Yanıqlarda istifadə olunur.

20 q qurudulmuş pıtırqan yarpağı, 20 q çobanyastığı gülü, 20 q yağıotu bitkisi götürülür, 4 stəkan suya tökülüb qaynadılır. Buna 1 xörək qaşığı kərə yağı və 2 stəkan sənamaki ovuntusu həlimi tökülür və yenidən saqqız kimi dartınan bir məhlula çevrilənə qədər bişirilir (bunu su hamamında bişirmək yaxşıdır). Süzdükdən sonra yarıbayarı qliserinlə qarışdırılır. Bu məlhəm ekzemalarda çox yaxşı nəticə verir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Acanthoxanthium Fourr.
  • Strumarium Raf.
  • Xeranthium Lepech.