Su-25 təyyarəsinin vurulması (1992)

Su-25 təyyarəsinin vurulması — 13 iyun 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş təyyarəsinin Əsgəran yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi.

Su-25 təyyarəsinin vurulması
Ümumi məlumatlar
Tarix
  • 13 iyun 1992
Yer
Komanda 1
Ölü sayı 1
Təyyarə
Təyyarə modeli Su-25
Qalxma yeri Azərbaycan Azərbaycan

Hadisədən əvvəl

[redaktə | mənbəni redaktə et]

Təyyarənin qaçırılması

[redaktə | mənbəni redaktə et]

Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk azərbaycanlı pilot olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb.[1]

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Vaqif Qurbanov 8 may 1992-ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı. Ermənilərin iddialarına görə isə ölənlərin hamısı mülki şəxslər olublar. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan "Yak-40" erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etmişdir. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilmiş, təyyarə isə tamamilə yanmışdır.

Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib. Nəticədə qarşı tərəf ağır itkilər vermişdi.

13 iyun 1992-ci ildə Vaqif Qurbanovun idarə etdiyi SU-25 təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əsgəran yaxınlığında vurulur.

Hadisə iyunun 13-ü saat 4–5 radələrində Naxçıvanik yaxınlığında baş verib. Təyyarə düşmən tərəfindən "Şilka" deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.

Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdi.

"Su-25"-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu.

Həlak olanların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Vaqif Qurbanov — pilot
  1. "Şəhid qəhrəmanın qız övladı zabit oldu". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.