Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən[1] Xankəndi istiqamətindən Stinger[2] raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.[3]
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması |
---|
Mülki Mi-8 helikopterinin ümumi görünüşü |
Tarix |
|
Yer |
Şuşa rayonu, Azərbaycan |
Sərnişin sayı |
41 |
Komanda |
3 |
Yaralı sayı |
0 |
Ölü sayı |
44 |
Helikopter modeli |
"Mİ-8" |
Havayolu şirkəti |
|
Qalxma yeri |
Ağdam, Azərbaycan |
İstiqamət |
Şuşa |
Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.[3]
- Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki[4]
- Abbasova Səadət Şahin qızı (d.1980) — mülki[4]
- Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki[4]
- Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı[5]
- Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki[6]
- Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki.
- Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[7]
- Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[8]
- Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı
- Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki[9]
- Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002. — С. 82. — 183 с. — 1000 экз. — ISBN 5-77 12-0236-3.
|
---|
|
Zəmin | |
---|
Münaqişə əraziləri | |
---|
Birinci Qarabağ müharibəsi 1988–1994 | Toqquşma və poqromlar | |
---|
Soyqırım və qətliamlar | |
---|
Hərbi əməliyyatlar | |
---|
Terrorlar və digərləri | |
---|
Daxili proseslər | |
---|
|
---|
Atəşkəs rejimi 1988–1994 | Silahlı toqquşmalar | |
---|
Dinc əhaliyə hücumlar | |
---|
|
---|
İkinci Qarabağ müharibəsi 2020 | Hərbi əməliyyatlar | |
---|
Dinc əhaliyə hücumlar | |
---|
|
---|
Üçtərəfli bəyanatdan sonra 2020—2023 | |
---|
Separatçı rejimin ləğvindən sonra 2023— | |
---|
Siyasi və hərbi liderlər | Siyasi liderlər | |
---|
Hərbi liderlər | |
---|
|
---|
Danışıqlar prosesi | |
---|
Beynəlxalq sənədlər | |
---|
Münaqişənin fəsadları | |
---|
İrsi | |
---|
Əlaqəli mövzular | |
---|