Sueci Umehara

Sueci Umehara (梅原末治, Umehara Sueci?, 13 avqust 1893[1], Osaka[1]18 fevral 1983[1])Yaponiya arxeoloqu.

Sueci Umehara
yap. 梅原末治
Doğum tarixi 13 avqust 1893(1893-08-13)[1]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1983(1983-02-18)[1] (89 yaşında)
Təhsili
  • Doşişa Universiteti[d]
Fəaliyyəti sənətşünas, arxeoloq, universitet müəllimi[d]

Sueci Umehara 1893-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur.[2] Kioto şəhərində yerləşən Doşişa orta məktəbini bitirdikdən sonra Kioto Universitetinin yenicə qurulmuş arxeologiya sərgisi zalında köməkçi kimi işləməyə başlamışdır.[2] 1921-ci ildə Koreyadakı arxeoloji qazıntı yerlərinin araşdırılması üzrə yaradılmış komitədə işləmişdir.[2] 1925–29-cu illərdə Avropada təhsil aldıqdan sonra Yaponiyaya qayıdaraq Kioto İnstitutunun Şərq Mədəniyyəti Akademiyasının[a] üzvü və Kioto Universitetində mühazirəçi olmuşdur.[2] 1939-cu ildə isə Kioto Universitetinin professoru olmuşdur.[2]

Umeharanın ilk maraq dairəsinə Yaponiya və Koreyadakı kofunları daxil idi Daha sonra qəbirlərdə tapılmış tunc güzgülər və Asiya qitəsinin tunc mədəniyyətini araşdırmağa başlamışdır.[2] Güzgülərin Kofun dövrünün hökmdarları arasında yayılması barədə hipotezi Yaponiyadakı erkən siyasi həyatı başa düşməkdə kömək etmişdir.[2]

  • "Koday hoppokey bunbutsu no kenkyu" (1938, "Qədim şimal sivilizasiyaları üzrə araşdırmalar")[2]
  • "Şina kokoqaku ronko" (1938, "Çin arxeologiyası haqqında düşüncələr")[2]
  • "Nihon kokoqaku ronko" (1940, "Yaponiya arxeologiyası haqqında düşüncələr")[2]
  • "Çosen koday no bunka" (1946, "Qədim Koreya mədəniyyəti")[2]
  1. Daha sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutu.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 147. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2 sentyabr 2022.