Suliddin Həsənov (Şəhid)

Suliddin Abbas oğlu Həsənov (1 yanvar 1972, Qoşabulaq, Gədəbəy rayonu17 oktyabr 1993, Yusifcanlı, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi.

Suliddin Həsənov
Suliddin Həsənov Abbas oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qoşabulaq, Gədəbəy rayonu
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Yusifcanlı, Ağdam
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 1990-1993
Döyüşlər

Həsənov Suliddin Abbas oğlu 1972-ci il yanvar ayının 1-də Gədəbəy rayonun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olub. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub. Qoşabulaq kənd 2 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollanan Suliddin məqsədinə nail ola bilmir.

1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub.

Ölümü və dəfn mərasimi

[redaktə | mənbəni redaktə et]

Suliddin 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub.

Daha sözlər də bir-birinə bənzəyir – torpaq uğrunda şəhid olan oğullarımızın boy-buxunu, baxışları kimi… Oktyabr ayının 17-də şəhidlərin sırasına daha bir igid oğlumuz Suliddin Abbas oğlu Həsənov da qoşuldu. O, 1972-ci ildə, Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuşdu. Qoşabulaq kənd 2 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollanan Suliddin məqsədinə nail ola bilmir. Açıq-aşkar qanunsuzluğun, obyektivsizliyin dadını duyduqdan sonra doğma kəndlərinə istehsalata qayıdır. Qoşabulaq 2 nömrəli orta məktəbin direktoru Rəcəb Həsənovun dediklərindən: – Suliddin gözümüzün önündə böyüyüb. Demirəm ki, qeyri-adi uşaq idi. Ancaq onun özünəməxsus xüsusiyyətləri vardı. Əvvəla çox istiqanlıydı. Yoldaşlarına tez bir vaxtda isinişə bilirdi və dostluqda möhkəm idi. Həddindən artıq mülayim, eyni dərəcədə qorxmaz idi. Hər şeyi ürəyinə salardı. Bir müəllim kimi onu deyə bilərəm ki, oxuduğu on il ərzində məktəbdə elə hal olmayıb ki, kimsə Suliddindən narazı qalsın, istər məktəb yoldaşları, istərsə müəllim kollektivi. Biz Suliddinin simasında xalqımızın qeyrətli bir oğlunu itirdik. Bu itki təkcə onun qohumlarının yox, bütün Qoşabulaq camaatının qəlbini göynətdi. Hərbi xidmətini uzaq Sibirin şaxta-boranında başa vuran S.Həsənov torpaqlarımızın erməni caynaqlarında tapdalanmasına, ev-eşiyin dağıdılıb viran olmasına, qız-gəlinlərin namusunun tapdalanmasına dözə bilmirdi. Onun öz rayonu da erməni quldurları ilə həmsərhəd idi. Tez-tez qonşu kəndləri top-tüfəng, arteleriya atəşinə məruz qalırdı, ancaq Suliddin könüllü olaraq hərbi komissarlığa gəldi və Qarabağda vuruşmaq arzusunda olduğunu bildirdi. Həmin günü kiçik bacısı Güldanə belə xatırlayır: – Avqustun 18-də axşamüstü Suliddin evə gəldi. Qanı bərk qara idi. Soruşdum ki, nə olub? Heç nə demədi. Təzə paltarlarını geyinib evdən çıxdı. Rayon mərkəzində işi olduğunu bildirdi. Sən demə, komissarlığa gedirmiş… Suliddin Ağdam Yusifcanlı kəndindəki hərbi hissədə qulluq edirdi. Evə tez-tez xəbər göndərirdi. Oktyabrın 17-də Suliddin üç yoldaşı ilə növbədə dayanmışdı. Erməni quldurları qəfildən hücuma keçdilər. Qeyri-bərabər döyüşdə əsgərlərimizin dördü də yaralandı… Bir neçə saatdan sonra Suliddin əbədi olaraq gözlərini yumdu. İndi Qoşabulaqda bir igid uyuyur. Arzuları yarımçıq qal-mış igid. Ancaq bu gün olmasa da, sabah o arzuları Suliddinin özü kimi torpaq qayğısı, Vətən təəssübü çəkən əskər yoldaşları həyata keçirəcəklər. Qəm etmə, Abbas əmi, Zinyət xala! Fəxr edin ki, Suliddin kimi oğul böyüdübsünüz. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.