Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı.
Üveys Cəlayır | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1338 |
Doğum yeri | |
Vəfat tarixi | 1374 |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | xəttat, şair, musiqiçi, qubernator |
Atası | Tacəddin Həsən noyon |
Anası | Dilşad xatun |
Uşaqları | |
Ailəsi | Cəlayır eli |
Dini | şiəlik |
1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır.
Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı.
Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı. Akademik Ə.Əlizadə Üveysin dövründə cəlayirilər dövlətinin genişlənməsi və möhkəmləndiyini qeyd edərək yazırdı ki, "Şeyx Üveysin hakimiyyəti illərində Azərbaycanda bir canlanma yaranmış, əhalinin sayı çoxalmışdı. Təbrizlə yanaşı ticarət yolunun üzərində olan başqa şəhərlər də əhəmiyyətli dərəcədə inkişaf etmişdi".
Sultan Üveys dövründə bir tərəfdən Bağdad və Təbriz arasında, digər tərəfdən, Misir və başqa şəhərlər arasında siyasi, iqtisadi əlaqələr bərpa edilirdi. Hətta uzaq Misir sultanlığı ilə müqaviləyə əsasən oraya səfirlər göndərilir, ticarət və mədəni əlaqələr yaranırdı. Sultan Üveys Təbriz ilə Trabzon arasında qədim ticarət yolunun açılmasında, Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində səy göstərirdi.