Sultan Əhməd mirzə (d.1451-ö.1494) — Əmir Teymurun nəvələrindən Əbu Səid Mirzənin böyük oğludur. Anası Ordu Buga Tarxanın qızı idi. 1451-ci ildə Səmərqənddə anadan olub. Atasının faciəli ölümündən sonra, 1469-ci ildə Mavəraünnəhr sultanı oldu.
Sultan Əhməd mirzə | |
---|---|
Teymurilər imperiyası Mavəraünnəhr sultanı | |
1469 – 1494 | |
Əvvəlki | Sultan Əbu Səid |
Sonrakı | Sultan Mahmud mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Səmərqənd, Özbəkistan |
Vəfat tarixi | |
Vəfat yeri | Otrar, müasir Tacikistan |
Atası | Əbu Səid Mirzə |
Həyat yoldaşı | Mehrnigar xanım |
Uşaqları | Qara Göz, Rabia Sultan Bəyim, Salehə Sultan Bəyim, Ayşə Sultan Bəyim və Məsumə Sultan Bəyim |
Ailəsi | Teymurilər |
1451-ci ildə Səmərqənddə anadan olub. Mükəmməl təhsil və tərbiyə almışdır. Dövrün ən böyük alimlərindən Silsilə aliyyenin on səkkizincisi, müsəlmanların məbudu Ubeydullah Əhrar həzrətlərinin söhbətlərində iştirak edirdi. Zahiri və batini elmlərdə dərin alim oldu. Elmi siyasəti dərindən öyrənib. Səmərqənd və Buxaranın əmiri olanda ədalətli şəkildə idarə edib. Şahzadəliyi dövründə Yunis Xanın qızı Mehrigar xanım ilə evlənib.[1]
Atası Əbu Səid mirzə 1469-cu ildə Ağqoyunlu hökmdarı Uzun Həsənlə müharibə edərkən həlak olduqdan sonra Səmərqənd taxtına keçdi. Ağqoyunlulara məğlubiyyətlə dağılmağa başlayan Temuroğulları dövlətinə hakim oldu. Mərkəzi Səmərqənd olmaqla, Mavəraünnəhr-Teymurlu Dövlətinin başına keçdi. İyirmi beş il padşahlıq etdi. Dövründə Orta Asiya, Çox hərəkətli siyasi hadisələrə səhnə olmasına baxmayaraq, ölkəsini sülh və sakitlik içərisində idarə edib. Hakimiyyətinin ilk illərində üsyan edən qardaşı Sultan Mahmudu məğlub etdi. Sultan Mahmud böyük bir ordu toplayaraq qardaşı Sultan Əhməd Mirzənin hakim olduğu Səmərqənd şəhərini mühasirəyə aldı. Əhməd Xan, Xoca Ubeydullah Əhrar həzrətlərinin tövsiyələri ilə qardaşının qüvvələrini darmadağın etdi. Bundan sonra 25 il ədalətlə hökmüranlıq etdi. Yaratdığı imkanlarla, dövründə çox dəyərli alimlər, işində mahir sənətkarlar və dövlət xadimləri yetişdi. Sultan Əhməd mirzə müəllimi Ubeydullah Əhrar həzrətlərinin vəfatından dörd il sonra 45 yaşında vəfat edib (1494).
Sultan Əhməd mirzə şahzadə olarkən atası Əbu Səid onu, Yunis Xanın qızı Mehrnigar xanım ilə evləndirdi. Müxtəlif vaxtlarda Tarhan Xanım, Qutunda Xanım, Xanzadə Xanım, Lətifə Xanım və Həbibə Sultan xanım adlı xanımlar ilə evləndi. İki oğlu oldusa da kiçik yaşda vəfat edib. Qara Göz, Rabia Sultan Bəyim, Salehə Sultan Bəyim, Ayşə Sultan Bəyim və Məsumə Sultan Bəyim adında beş qızı vardı.