Sultan Hüseyn xan Durmuş bəy oğlu Şamlı (1524-1618) — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi.
Sultan Hüseyn xan Şamlı | |
---|---|
Sultan Hüseyn xan Durmuş bəy oğlu Şamlı | |
Qəzvin hakimi | |
1598 – 1618 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | qətl |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Durmuş bəy |
Uşağı |
Oğlanları: |
Rütbəsi | general, qubernator |
Sultan Hüseyn xan hərbçi ailəsindən çıxmışdı. I Şah Təhmasib Səfəviyə, II Şah İsmayıl Səfəviyə, Şah Məhəmməd Xudabəndə Səfəviyə və I Şah Abbas Səfəviyə xidmət etmişdi. Şah Məhəmməd Xudabəndə Səfəvi onu Qəzvin hakimi təyin etmişdi.
I Şah Abbas Səfəvi 1598-ci ildə Xorasan əyalətini azad etdikdən sonra onu Herat bəylərbəyi göndərdi.
Sultan Hüseyn xan Şamlı Xanixan xanımla (?-1581) ailə qurmuşdu.Xanixan xanım Həmzə mirzə Səfəvinin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xan Şamlıın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və "günahsız qadını" boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın qətlə yetirilməsini, öldürülmüş Mirzə Vəli xəlifə Şamlının oğlu İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi.
Əmir xanın və onun güruhunun məkrli fitnələri nəticəsində Hüseynqulu sultan Şamlı, vəzir, Hüseyn bəy, habelə Sultan Hüseyn xan Şamlı öldürüldülər. Beləliklə, saraydakı şamlı əyanlarına divan tutuldu
Oğlanları: