Durmuş xan Şamlı

II Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat1525, Herat) — qızılbaş sərkərdəsi, Heratın hakimi.

Durmuş xan Şamlı
II Durmuş xan Əbdi bəy oğlu Şamlı
bayraq
İsfahan bəylərbəyliyi
bayraq2
1503 – ?
1514 – 1514
ƏvvəlkiMəhəmməd bəy Ustaclı
SonrakıMəntəşa sultan Ustaclı
1521 – 1525
ƏvvəlkiƏmir xan Mosullu
SonrakıHüseyn xan Şamlı
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri Herat, Herat bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Herat, Herat bəylərbəyliyi, Səfəvilər dövləti
Atası Əbdi bəy
Uşağı Sultan Hüseyn bəy Şamlı
Hərbi xidmət
Rütbəsi general, qubernator
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

II Durmuş xan Əbdi bəy oğlu Şamlı elinın Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin sarayında eşikağası vəzifəsində çalışırdı. Şah onu oğlu Sam mirzəyə lələ təyin etdi və onu Əmir xan Türkmanın əvəzinə Herata hakim göndərdi. O, burda 1521-ci ildən 1525-ci ilədək bəylərbəyi oldu.

Durmuş xan adlı-sanlı qızılbaş sərkərdəsi idi. Ölkənin müxtəlif yerlərində üsyan, yağı hücumu olanda şah şamlı əmirlərini, o cümlədən Durmuş xanı ora göndərirdi. Tarixçi Əbdi bəy Şirazi yazır: "Mazandaranın hakimləri vergini verməyə diqqətsizlik etdiklərinə görə Durmuş [xan] və Zeynal xan Şamlını onları tənbeh etmək üçün göndərdilər. Zilhiccə [ayının] 7-də (10 dekabr 1518) Ulad və Kilis qalalarını mühasirə etdilər. [Həmin ayın] 11-də (14 dekabr 1518) Kilis fəth olundu. Ağa Məhəmməd özü Ulad qalasını təslim etdi".[1]

Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. II Durmuş xan 1525-ci ildə vəfat etdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Oğlanları

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.səh.32-35.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, "Təkmilətül-Əxbar", Bakı, "Elm", 1996